Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:59

Ekspert: 'Getdikcə qüvvələr balansı Yerevanın xeyrinə dəyişir' [video]


Rusiya silah balansını Ermənistanın xeyrinə dəyişir?
Gözlə

No media source currently available

0:00 0:14:52 0:00

Rusiya silah balansını Ermənistanın xeyrinə dəyişir? [A-Live]

Ermənistan Rusiyadan yeni silahlar almaq üçün daha 100 milyon dollar kredit götürür.

"Xəzər" Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Sümərinlinin fikrincə, Rusiyanın Ermənistana verdiyi dəstək nəticəsində getdikcə qüvvələr balansı Yerevanın xeyrinə dəyişir:

“Ermənistan bu intensiv silahlanma nəticəsində şirniklənib cəbhə xəttindəki mövqelərini, o cümlədən işğal etdiyi ərazilərdəki hərbi hissələri daha da güclü şəkildə təchiz edəcək. Bununla da atəşkəs rejimini daha da fasiləsiz şəkildə pozacaq. Lakin rəsmi Bakının Rusiyaya yönəlik siyasəti sərtləşmək əvəzinə, getdikcə yumşalır. Bu da Azərbaycanın milli təhlükəsizlik maraqlarına getdikcə daha çox zidd xarakter daşıyır”.

Buna da bax:​ Rusiya silah almaq üçün Ermənistana 100 milyon dollarlıq yeni kredit verir

Cəsur Sümərinli əlavə edir ki, rəsmi Bakı sanki Rusiyanın Ermənistanı intensiv silahlandırmasını görmür, "gözlərini qapayıb" səssizcə durur. Onun fikrincə, Azərbaycan hakimiyyəti bununla bağlı Moskvadan izahat tələb etməlidir.

İkincisi, Bakı bəyan etməlidir ki, bu əməllər Qarabağ münaqişəsində sülh danışıqlara vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın tərəfsizliyinə ciddi şübhə salır.

Cəsur Sümərinli
Cəsur Sümərinli

Ekspert hesab edir ki, Azərbaycan bu məsələni Avropada Adi Silahlara dair müqavilə iştirakçıları qarşısında qaldıra bilər. Rusiyanın Cənubi Qafqazda separatçı bölgələri, o cümlədən də Qarabağdakı erməni qüvvələrini birbaşa, yaxud dolayısı ilə silahlandırması məsələsinin müzakirəsinə nail olmaq Bakı üçün strateji cəhətdən faydalı olardı.

Buna da bax:​ General: "Lazım gəlsə KTMT qüvvələri Ermənistana hərbi kömək edəcək"

Lakin millət vəkili Rasim Musabəyov bu sadalananlarla razılaşmır. Düşünür ki, bu cür addımların heç bir təsiri olmayacaq.

O ki, qaldı Azərbaycan hakimiyyətinin susqunluğuna Rasim Musabəyov bu iddiaları da rədd edir:

Rasim Musabəyov
Rasim Musabəyov

“Bu hadisələrə heç bir halda göz yumulmur. Elə silahlar var ki, onları Bakı Rusiyadan ala bilərdi. Amma indi tutalım İsraildən və ya digər ölkələrdən alacaq. Yəni, Rusiyanın bu hərəkəti cavabsız qalmır. Amma hansısa izahat tələb etməklə və ya digər addımlarla bunların qarşısını almağı düşünmək sadəlövhlük olardı. Azərbaycan nota verəcək, Rusiya da başını aşağı salıb xəcalət çəkəcək kimi fikirlər gerçəklikdən uzaqdır”.

Rasim Musabəyov deyir ki, bu Rusiyanın Ermənistana silah dəstəyi ilə bağlı açıqlanan məlumatlarıdır. Bir də bunun açıqlanmayanları var.

Buna da bax:​ 2,9 milyard dollar və 'Azərbaycanın pulyuyan maşını' (Jurnalist araşdırması)

Hərbi ekspert Telman Əbilov da millət vəkilinin bu fikirlərini tam dəstəkləyir. Deyir ki, Rusiya Ermənistana hər zaman açıq və gizli hərbi dəstək olub və olur:

“Bu da Azərbaycan hökumətinə bir mesajdır. Bununla Rusiya demək istəyir ki, sən nə qədər silahlansan da, silahlı qüvvələri gücləndirsən də, Ermənistanın arxasında biz varıq. Bizim razılığımız, fikrimiz olmadan Dağlıq Qarabağ münaqişəsinin həlli mümkün deyil. Ona görə də bu gün 100 milyon dollar kredit verən Rusiyanın sabah 500 milyon dollar da verməsində təəccüblü bir hal yoxdur”.

Telman Əbilov
Telman Əbilov

Telman Əbilov deyir ki, Azərbaycan öz hərbi bazasını gücləndirdikcə, Rusiya da Ermənistana dəstək verəcək. Lakin o düşünmür ki, hərbi qüvvələr balansında Ermənistan irəlidədir.

Buna da bax:​ Ermənistan Suriyaya hərbi heyət göndərilməsinə baxmağa hazır olduğunu deyir

"Xəzər" Hərbi Tədqiqatlar İnstitutunun hesablamasına görə Azərbaycan 2010-cu ildən bu yana orta hesabla 9 milyard manatlıq silah və hərbi sursat alıb. Bu müddətdə Rusiya da Ermənistana kredit və digər formalarda hərbi dəstək olub. Hərbi ekspert Cəsur Sümərinli vurğulayır ki, Ermənistan Rusiyanın himayəsində yaradılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Və bu qurumun üzvü kimi 2008-ci ildən Rusiya silahlarını Rusiyanın daxili qiymətlərilə alır:

"Bunun nəticəsində hərbi mənbələrin məlumatına görə, 2008-2017-ci illər arasında Ermənistan Rusiyadan güzəştli qiymətlərlə ümumi real dəyəri 3 milyard dollardan artıq olan hərbi texnika alıb".

Buna da bax:​ Bir sadə azərbaycanlının nəhəng 'Bombardier'lə milyonlarla biznesi? [araşdırma]

Ermənistanın müdafiə nazirliyinin məlumatına görə, İndi verilən kreditlə hansı silahlar alınacağı gələcəkdə müəyyənləşdiriləcək.

Ermənistandan olan politoloq Serqey Minasyan AzadlıqRadiosu-nun erməni xidmətinə deyib ki, alınan silahlar raketlər, artilleriya qurğularından tutmuş havadan müdafiə sistemlərinədək müxtəlif hərbi sursatlar ola bilər:

Sergey Minasyan
Sergey Minasyan

"Ermənistan mövcud və ya daha müasir silahları güzəştli qiymətlərlə alır. Bunun sayəsində də əldə olunan silahların bazar qiyməti xərclənən 100 milyondan bir neçə dəfə artıq olacaq. Söhbət yeni və ya istehsalı təzəcə başlamış silahlardan getdiyinə görə, variantlar da çox olacaq raket artilleriya kompleksindən tutmuş Havadan müdafiə sistemlərinədək".

Buna da bax:​ AŞPA-da Azərbaycanla bağlı iki qətnamə qəbul olundu

Sizcə, sülh danışıqlarının niyə nəticəsi yoxdu? (Sorğu)
Gözlə

No media source currently available

0:00 0:00:21 0:00

Azərbaycanla Ermənistan Qarabağ münaqişəsi üstündə bir neçə illik üzücü müharibədən sonra 1994-cü ildə atəşkəs razılaşması imzalayıblar. Amma 23 ildir aparılan sülh danışıqlarında yekun sülh razılaşması əldə etmək mümkün olmayıb. Sülh prosesinin bu qədər zaman almasına Bakı sakinlərinin də fikirlərini soruşmuşuq:​

Rusiya, ABŞ və Fransa Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair aparılan danışıqlara vasitəçilik edirlər. Daha iki qrupun məhkəməsi davam edir.

Rusiya Ermənistana 100 milyon verdi ki, "məndən silah al"
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG