Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:42

General: "Lazım gəlsə KTMT qüvvələri Ermənistana hərbi kömək edəcək"


Anatoly Sidorov
Anatoly Sidorov

“Əgər Kollektiv TəhlükəsialikMüqaviləsi Təşkilatı-nın ali orqanı qərar qəbul etsə, qurumun 20 minlik cəld reaksiya qüvvələri Ermənistana hərbi kömək etməyə hazır olacaq”.

Azadlıq Radiosu Ermənistan xidmətinin məlumatına görə, bunu oktyabrın 8-də jurnalistlərə “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı”(KTMT) birləşmiş qərargahının rəisi Anatoly Sidorov deyib.

General-polkovnik blokun hərbi təlimlərində iştirak etmək üçün Ermənistana gedib.

'Voronum-2017'' hərbi təlimləri
'Voronum-2017'' hərbi təlimləri

Buna da bax: Yerevanda narazıdırlar: 'Təhlükəsizliyimizi diversifikasiya etməliyik'

Bu günlərdə Ermənistanın “Baqramyan” poliqonunda ikigünlük “Poisk-2017” hərbi təliləri keçirilib.

Hərbi təlimlərdə kəşfiyyat bölmələri və xüsusi təyinatlı qüvvələrin birgə hərəkəti məşq edilib.

Mənbəni yazdığına görə Sidorov deyib ki, bütün dünya bilir ki, Dağlıq Qarabağ problemini hələ də sülh yolu ilə həll etmək mümkün olmayıb, o ki qaldı KTMT qüvvələrinə, onlar təşkilata üzv ölkələrin suverenlik və ərazi bütövlüyünü qorumaq üçün nəzərdə tutulub.

“Allah eləməsin, bu dövlətlərdən birinə real kömək lazım gəlsə, kollektiv qüvvələr köməyə hazır olacaq”, Sidorov deyib.

Mənbə yazır ki, 2016-cı ilin aprelində Dağlıq Qarabağda gedən toqquşmalar zamanı KTMT-nin ən çox elədiyi şey mətbuat xidmətininin rəhbəri Vladimir Zaynetdinov səviyyəsində bəyanat oldu ki, Azərbaycan Dağlıq Qarabağda vəziyyəti gərginləşdirir.

Hərbi əməliyyatların dayandırılmasından bir neçə gün sonra-aprelin 8-də isə Yerevanda Avrasiya iqtisadi birliyi ölkələri baş nazirlərinin görüşü təxirə salındı və bu rəsmi Yerevanın sərt reaksiyasına səbəb oldu.

Mənbə yazır ki, hər iki qurumun başında duran Rusiya uzun illərdir ki, Azərbaycana silah satır və demək olar kiI, bu ölkənin əsas silah təhcizatçısıdır.

Onu da qeyd edək ki, KTMT ölkələri oktyabrın 9-da Ermənistanda ikinci hərbi təlimlərə başlamalıdırlar.

Təlimlər oktyabrın 13-dək davam edəcək.

Buna da bax: Rusiya-Ermənistan hərbi birləşməsi doğrudanmı kağız üzərində bir şeydir?

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG