Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 17:17

Ermənistan Suriyaya hərbi heyət göndərilməsinə baxmağa hazır olduğunu deyir


Ermənistan müdafiə nazirliyinin binası

“Ermənistan Rusiyanın təşəbbüsü ilə Suriyada yaradılan beynəlxalq hərbi koalisiyaya qoşulmaq məsələsinə baxmağa hazırdır”.

Azadlıq Radiosu Ermənistan xidmətinin məlumatına görə, bunu onlara sentyabrın 11-də Ermənistanın müdafiə nazirliyindən bildiriblər.

Məlumata görə Rusiyanın yaratdığı bu koalisiya Suriyada ərazilərin minasızlaşdırılması ilə məşğul olmalıdır və Ermənistanın müdafiə nazirliyi bu məsələni rusiyalı həmkarları ilə hələ 2016-cı ildə müzakirə edibmiş.

“Hələ 2016-cı ildə Ermənistanın müdafiə nazirliyi Rusiyadan olan həmkarları ilə Suriyanın minsızlaşdırılması ilə bağlı hümanitar işlərdə iştirakın perespektivi barədə ilkin müzakirələr aparıblar.Ermənistan həmin müzakirələr zamanı, bu təşəbbüslə bağlı yekun qərar qəbul ediləcəyi, Suriya hökumətinin razılığı əsasında və bütün beynəlxalq hüquq normalarının pozulmayacağı halda öz hərbi birləşməsinin, Suriyanın döyüş getməyən rayonlarının minasızlaşdırılmasında iştirak etməsinin mümkünlüyünə baxmağa hazırdır. Ermənistanın müdafiə nazirliyində hazırda bu koalisiyanın yaradılması prosesi, onun tərkibi və ya yerləşdirilməsi cədvəli barədə məlumat yoxdur ”,nazirliyin məlumatında bildirilir.

Ermənistan ictimaiyyəti ölkənin Suriyaya hərbi istehkamçı birləşmə göndərə bilməsi barədə məlumatı Rusiya mənbələrindən bilib.

Rusiyanın “Sputnik” dövlət informasiya agentliyinin məlumatına görə, rusiyalı general Aleksandr Novikov avqustun 25-də Ermənistanla Serbiyanın Rusiyanın Suriyada yaratdığı beynəlxalq hərbi koalisiyaya qoşulmağa hazır olduqlarını bəyan edib.

Onun sözlərinə görə, Rusiya bu koalisiyada iştirakla bağlı Türkiyə, İran, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Serbiya və Ermənistana müvafiq sorğu göndərib.

Novikov bunu Moskvada keçirilən “Armiya-2017” beynəlxalq forumunda bildirib.

Buna da bax: "Rusiya Türkiyəyə Ermənistanı vura bilən silah satarmı?

Azadlıq Radiosunun erməni xidməti Ermənistan prezident aparatına da məsələ ilə bağlı sorğu göndərib,amma Prezident aparatından bildiriblər ki, məsələ ilə bağlı yekun qərar qəbul ediləndə ictimaiyyətə açıqlama veriləcək.

Ermənistanlı politoloq Armen Grigoryan deyir ki, Ermənistanın maraqları baxımından Qərblə Rusiya arasında toqquşmadan kənarda durmaq lazımdır və erməni birləşməsinin Moskvanın təşəbbüsü ilə yaradılan bu koalisiyada peyda olması birbaşa əks vəziyyətə səbəb olacaq.

Foto arxiv

O, həmçinin qeyd edib ki, erməni birləşmələri Suriyada peyda olsa, ölkə islam yaraqlılarının hədəfinə cevrilə və Ermənistana əlavə problem yarada bilər.

Buna da bax: "Azərbaycan ordusu dünyada 58-ci yerdədir"

Günün bütün mövzuları

XS
SM
MD
LG