Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:08

Bir sadə azərbaycanlının nəhəng 'Bombardier'lə milyonlarla biznesi? [araşdırma]


Azərbaycandan ofşora 85 milyonu necə çıxardılar- [Araşdırma]
Gözlə

No media source currently available

0:00 0:07:32 0:00

Azərbaycandan ofşora 85 milyonu necə çıxardılar [video]

Füzuli rayonunda sadə fermer həyatı yaşayan Elxan Əliyev milyonlarla manat gəliri olan bir şirkətin sahibidir.

O, kağız üzərində Kanadanın, İsveçin, Rusiyanın tanınmış şirkətləri, eləcə də Azərbaycan hökuməti ilə güclü siyasi əlaqələri olan “Trans-Siqnal-Rabitə” MMC-nin sahibidir. Amma ən maraqlısı odur ki, peşəcə elektrik olan Elxan Əliyev bundan xəbəri olmadığını bildirir. Daha doğrusu, deyir, adına belə bir şirkətin qurulduğundan xəbərdardır. Amma şirkətin nə işlə məşğul olmasından da, nə qədər pul qazanmasından da xəbərsizdir:

“Mənə yaxın olan bir adam məsləhət gördü ki, belə bir şirkəti açım. Düzünü desəm, mən bu şirkətin sadəcə təsisçisiyəm. Mənim bu şirkəti idarə edənlərlə bir əlaqəm yoxdur. Bu haqda danışa bilmərəm. Mən heç nə bilmirəm”.

Buna da bax:​ Azərbaycandan ofşora 85 milyonu necə çıxardılar- [Araşdırma]

“YOXA ÇIXAN 85 MİLYON DOLLAR”

İsveç prokuroru Thomas Forsberg STV televiziyasının araşdırmaçılarına deyib ki, təyyarə və dəmir yolu avadanlığı istehsal edən “Bombardier” şirkətinin bir neçə əməkdaşı Azərbaycan rəsmilərilə gizli sövdələşmədə şübhəli bilinirlər. Onlardan biri martın əvvəlində şübhəli şəxs qismində saxlanıb.

"Bombardier"in əməkdaşları Bakıda
"Bombardier"in əməkdaşları Bakıda

Jurnalistlərin əldə etdikləri sənədlərdən görünür ki, Azərbaycanla sövdələşmədən ofşora 85 milyon dollar vəsait çıxarılıb. Beləki, “Bombardier”in İsveç filialı Azərbaycana dəmir yolları siqnalları satmaqla bağlı müqavilə imzalayıb. Avadanlıqlar birbaşa Azərbaycana göndərilsə də, vəsait Azərbaycandan Londonda qeydiyyatdan keçən, amma nə ünvanı, kontaktları, nə də hansısa bir işçisi olan “Multiserv Overseas” şirkətinə ödənib.105 milyon dollar... Amma bu şirkət “Bombardier”ə cəmi 19 milyon dollar ödəyib. Başqa sözlə, 85 milyon dollar necə deyərlər, arada yoxa çıxıb.

Buna da bax: Mülki Məcəlləyə dəyişiklik: 'Kiçik' səhmdar 'iri'dən güclü oldu

Thomas Forsberg Azərbaycan tərəfi ilə istintaq çərçivəsində təmasda olub-olmadığı barədə suala cavab verə bilməyəcəyini deyib. Lakin onun sözlərinə görə məsələ beynəlxalq miqyaslıdır və antikorrupsiya işi üzrə bütün tərəflər əməkdaşlıq etməlidir.

TRANS SİQNAL RABİTƏ NECƏ ORTAYA ÇIXDI?

Bir az da dərinə gedəndə - “Bombardier”in Azərbaycandakı tərəfdaşına – "Trans-Siqnal-Rabitə"yə nəzər salanda məsələ bir az da qəlizləşir.

2013-cü ilin əvvəllərində heç bir yerdə adı olmayan “Trans-Siqnal-Rabitə” MMC “Azərbaycan Dəmir Yolları” QSC ilə 340 milyon dollarlıq müqaviləni udmaq üçün İsveçin nəqliyyat infrastrukturu nəhəngi “Bombardier Transportation AB” və onun Rusiyadakı törəmə şirkəti ilə konsorsium yaradıb.

Bu irimiqyaslı layihədə Asiya ilə Avropanı birləşdirən beynəlxalq nəqliyyat dəhlizinin - Bakı-Böyük Kəsik dəmiryolu xətti hissəsində 503 km boyunca siqnal sistemi quraşdırılması nəzərdə tutulurdu.

Buna da bax:​ AŞPA korrupsiya iddialarının araşdırılmasına qərar verib

Bu sövdələşməyə əsasən, “Trans-Siqnal-Rabitə”-nin payı 44 milyon manat, o zamankı məzənnə ilə 56.8 milyon dollar idi.

Bəs, Trans-Siqnal-Rabitə bu layihədə necə oldu ki, ortaya çıxdı?

2012-ci ilin dekabrında dəmiryollarına siqnalların alınması təklif açıqlanandan bir neçə ay öncə “Bombardier”in Moskva ofisinin baş direktorunun müavini və biznesin inkişaf etdirilməsi şöbəsinin rəhbəri Yevgeni Pavlov Bakıya səfər edir.

Evgeny Pavlov həbs olunub. OCCRP. BOMBARDIER HÄKTNING
Evgeny Pavlov həbs olunub. OCCRP. BOMBARDIER HÄKTNING

O, görüşdən öncə tələblərlə razı olmasa da “Azərbaycan Dəmir Yolları”nın təmsilçiləri ilə görüşdən razı dönür. İstintaqın əldə etdiyi email yazışmalarından bəlli olur ki, Pavlovun həmkarlarına yazdığına görə, “Bombardier Transportation” şirkətinin şərtlərinə əsaslanan tender sənədlərini hazırlamaq üçün razılıq alıb. Başqa sözlə desək, tender elə təşkil olunacaqdı ki, “Bombardier”in qalibiyyəti təmin olunsun. O yazıb ki, “Bombardier”in Rusiyadakı komandası Azərbaycanın texniki sənədlərini öz qərarlarına uyğunlaşdıracaq. Azərbaycanın tender tələblərini “Bombardier” yenidən yazacaq. Bu isə açıq-aşkar qeyri-etik və qeyri-qanuni bir hərəkət idi.

Buna da bax: Azərbaycanın 'qərbli siyasətçiləri necə satın alması' araşdırılıb

O, görüşdən öncə tələblərlə razı olmasa da “Azərbaycan Dəmir Yolları”nın təmsilçiləri ilə görüşdən razı dönür.

Eyni məzmunlu görüşlərdən birində adı müəyyənləşdirilməyən azərbaycanlı rəsmilər təklif ediblər ki, “Bombardier” bu layihənin sənədlərini yerli tərəfdaş şirkətlə birlikdə təqdim etsin. Onların seçimi “Trans-Siqnal-Rabitə” MMC olub. Dediklərinə görə, bu məlumatın gizli saxlanılması şərt olub.

Pavlov şəxsi yazışmalarında dəfələrlə qeydlər edir ki, ““Azərbaycan Dəmir Yolları” kimi tərəfdaşlar bütün bu fəaliyyətlərin gizli saxlanılmasını istəyir.

Beləliklə də, biz bunu “Bombardier”in daxilində son dərəcə gizli saxlamalıyıq”.

İsveçdə həbs olunan “Bombarider”in əməkdaşı elə məhz Pavlovdur. Prokurorlar bu işbirliyinə istintaqda aydınlıq gətirməyə çalışacaqlar.

Buna da bax:​ Kürü diplomatiyası AŞPA prezidentinə də çatdı [video]

340 MİLYONLUQ LAYİHƏ – SİQNALLARIN ALINMASI..

340 milyon dollarlıq layihədə 56 milyon dollar “alan” Trans-Siqnal-Rabitə Azərbaycan rəsmilərinin ölkənin dəmiryol sistemində köklü təmir işlərinin planlaşdırıldığına dair rəsmi açıqlama verdiyi günlərdə, 2008-ci ilin aprelində üzə çıxıb.

O vaxtdan bəri “Azərbaycan Dəmir Yolları” Dünya Bankından irimiqyaslı dəmiryol infrastruktur layihələri üçün 2 mlrd. 670 mln. dollar kredit götürüb. Azərbaycan hökuməti və dövlət neft şirkətin olan SOCAR-dan bu yöndə yüz milyonlarla dollar ayrılıb.

"Bombardier"in İsveç ofisi. Stockholm.
"Bombardier"in İsveç ofisi. Stockholm.

Bakı-Böyük Kəsik dəmiryolu xətti boyunca siqnal sistemi quraşdırılması layihəsinə isə Dünya Bankı 289 milyon, SOCAR və dövlət büdcəsindən isə 51 milyon dollar ayrılıb.

TRANS SİQNAL RABİTƏ GÜRCÜSTANDA...

Azərbaycan Türkiyəyədək uzanan Bakı-Tbilisi-Qars dəmiryolunun Gürcüstandan keçən hissəsini maliyyələşdirdiyindən investisiyalar Gürcüstana da yönləndirilib.

Buna da bax: “Strasburqda Azərbaycanla bağlı rüşvət qalmaqalı müzakirə olunacaq”

Bakı-Böyük Kəsik dəmiryolu xətti boyunca siqnal sistemi quraşdırılması layihəsinə isə Dünya Bankı 289 milyon, SOCAR və dövlət büdcəsindən isə 51 milyon dollar ayrılıb.

“Bombardier”in təqdim etdiyi tender düzəlişlərində “Trans-Siqnal-Rabitə”güclü biznes şirkəti kimi təsvir olunur. Həmin sənədlərdə şirkətin Bakıda ofisinin, yüksək ixtisaslı işçi heyətinin, Azərbaycan və qonşu Gürcüstanda siqnal quraşdırmaq sahəsində təcrübəsinin olduğu deyilir.

Amma bu sövdələşməyə qədərə “Trans-Siqnal-Rabitə” MMC-nin adı hər hansı bir media orqanında çəkilməyib. Nə Azərbaycanın tender siyahısında, nə də şirkətin rəhbərliyi və nə zamansa onlayn iş elanı verdiyinə dair bir dəlil yoxdur.

Jurnalistlərin şirkətin göstəricilərinə dair əldə etdiyi sənədlərə görə, “Trans-Siqnal-Rabitə” MMC biri Gürcüstanda 1, Azərbaycanda isə 15 müqavilə icra edib.

Buna da bax:​ Italyan deputata ödənən pulun prezident ailəsi ilə əlaqəsi üzə çıxır

Bu işlərin tarixi ilə bağlı suallar meydana çıxır. Bu müqavilələrin səkkizi yalnızca Bakıda 14 km məsafədə - Əzizbəyov dairəsindən beynəlxalq hava limanına qədər olan məsafədə görülən işlərlə bağlı olub.

Layihənin beşi isə 2008-ci ilin apreli ilə 2009-cu ilin dekabrı arasında tamamlanıb. Birində iş 2002-ci ildə, digərində isə 2007-ci ildə, hələ şirkət mövcud olmazdan əvvəl başlayıb.

“Trans-Siqnal-Rabitə”nin məlumatlarına görə, o, işlərin əksəriyyətini bir sifarişçi üçün - “AZVİRT” MMC üçün görüb, siyahıya “Azərbaycan Dəmir Yolları” və başqa beş sifarişçi də daxil olub.

“Trans-Siqnal -Rabitə”dən bildirilib ki, şirkət Gürcüstanda Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə Marabda-Tsalka-Axalkalaki dəmiryolunun iki hissəsində siqnal sisteminin təmiri və bərpası işləri üzərində işləyib.

Buna da bax:​ "Bu maddə ilə qərar Azərbaycanın imicinə zərbədir"

4 İLƏ 180 MİLYON GƏLİR?

2013-cü ildə “Bombardier” “Trans-Siqnal-Rabitə”dən beş illik auditor bəyannaməsini tələb edib. Maliyyə hesabatları “Trans-Siqnal-Rabitə”nin uyğun yerli tərəfdaş olduğunun sübut edəcəkdi.

“Trans-Siqnal-Rabitə”nin “Bombardier”ə göndərdiyi sənəd cəmi bir vərəqlikdir, burada əmlak, xərclər və gəlirlərə dair bir neçə sətirlik məlumat əksini tapıb. “Trans-Siqnal-Rabitə” iddia edib ki, şirkət 2008-2012-ci illərdə 180 mln dollar gəlir əldə edib.

Bu elanın yayılması isveç prokurorluğunun “Bombardier”in ofisində axtarışa başlamasından cəmi bir ay sonra təsadüf edir.

Bu sənədlər çox gec göndərilib. Şirkətin apardığı daxili yazışmalardan da görünür ki, “Bombardier” sənədləri vaxtında əldə etmədiyinə görə hiddətlənib.

2016-cı il noyabrın 11-də Prezident Administrasiyasının rəsmi orqanı olan “Xalq” qəzeti elan dərc edir: “Trans-Siqnal -Rabitə” MMC-nin 2007-ci ildən 2013-cü iləcən (2013-cü il də daxil olmaqla) bütün mühasibat sənədləri itdiyi üçün etibarsız sayılır. Sənədləri tapan şəxsi mükafat gözləyir”.

Buna da bax:​ "Kürü Diplomatiyası: Nə qədər almısız?"

Bu elanın yayılması isveç prokurorluğunun “Bombardier”in ofisində axtarışa başlamasından cəmi bir ay sonra təsadüf edir.

Dəmiryolu salınması
Dəmiryolu salınması

MİLYONLUQ LAYİHƏLƏRİN QALİBİ OLAN ŞİRKƏTİN OFİSİ?

Bakı, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi. Bu köhnə binada 56.8 milyon dollarlıq sövdələşmədə qalib gələn şirkətin ofisi yerləşir. “Trans-Siqnal-Rabitə”nin qeydiyyatda olduğu mənzildə 14 ildir yaşayan qadın deyir ki, əvvəllər poçt işçisi ara-sıra ona “Trans-Siqnal-Rabitə” MMC-yə ünvanlanmış məktublar gətirərmiş, amma o, axırda həmin məktubları almaqdan imtina edib. O deyir, nə həmin şirkəti kimin idarə etdiyindən xəbərdardır, nə şirkətin hansı işlə məşğul olduğunu bilir, nə də anlamır ki, şirkətin fəaliyyətinin onun yaşadığı ünvanla nə əlaqəsi var.

Buna da bax:​ AŞPA-dan korrupsiya qətnaməsi

Azərbaycan Dəmir Yolları ASC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədimova bildirib ki, bu keçmişdə olan bir hadisədir və bununla heç bir əlaqələri yoxdur.

İsveç prokurorluğu isə məhz belə əlaqənin olub-olmaması ilə bağlı istintaq aparır, Azərbaycan tərəfinin də bu işdə ona dəstək olacağına ümid edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG