Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 22:05

Rusiyadan Ermənistana təbii qaz ötürülməsində fasilə olacaq


arxiv foto

Avqustun 3-dən Rusiyadan Ermənistana təbii qaz ötürülməsində fasilə olacaq. Bu barədə avqustun 2-də Ermınistan təbii qaz paylama şəbəsi məlumat yayıb. Bildirilir ki, fasilə Rusiyadakı boru kəmərində əsaslı təmir işləri ilə əlaqədardır.

“Gazprom-Ermənistan” operatoru bildirir ki, qaz ötürülməsi 30 gün sonra, Rusiya qaqzını Gürcüstandan keçməklə Ermənistana ötürən boru kəmərinin Şimali Qafqaz hissəsindəki təmir işləri başa çatandan sonra bərpa olunacaq. Açıqlamada o da qeyd olunur ki, fərdi və korporativ istehlakçılara qaz tədarükü "məhdudiyyətsiz" olaraq davam edəcək.

Ermənistan artıq bundan öncə, ötən ilin yayında İrandan onu daha çox təbii qazla təmin etməsini istəyib. O zaman boru kəmərinin Gürcüstandan keçən hissəsində təmir işləri gedirdi.

Ermənistan 2008-ci ildə onu İran İslam Respublikası ilə birləşdirən qaz kəmərinin inşasından bu yana 500 milyon kub metrdən çox İran qazı idxal edib. Müqayisə üçün, Şimali Qafqaz ölkələrinə Rusiya qazının idxalı 2 milyard kub metr təşkil edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG