Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:44

Elon Musk “Tesla” şirkətinin direktorlar şurasının sədrliyindən gedir


Elon Musk at the 2015 Tesla Motors Annual Meeting
Elon Musk at the 2015 Tesla Motors Annual Meeting

Elon Musk “Tesla” şirkətinin direktorlar şurasının sədrliyindən gedir.

Sentyabrın 29-da yayılan məlumata görə, belə bir razılaşma biznesmenlə ABŞ-ın qiymətli kağızlar və birjalar üzrə komisiyası arasında əldə olunub.

Elon Musk" Tesla" şirkəti direktorlar şurasının sədrliyindən gedir
Gözlə

No media source currently available

0:00 0:01:15 0:00

Bu razılaşmanı məhkəmə də təsdiqləməlidir.

Əgər hər şey yaxşı getsə,Elon Musk şirkətin baş direktoru vəzifəsini qoruyub saxlayacaq.

O, 45 gün ərzində direktorlar şurasının sədri kimi səlahiyyətlərini yerə qoymalıdır.

Bundan başqa razılaşmaya əsasən o, 3 il ərzində bu vəzifə uğrunda mübarizə apara bilməz.

Elon Musk fırıldaqçılıqla bağlı ona qarşı irəli sürülmüş ittihamı qəbul etməsə də 20 milyon dollar cərimə ödəməli olacaq.

Bundan başqa “Tesla” şirkəti Elon Musk-un bəyanatından sonra zərər dəymiş investorlara ümumilikdə 40 milyon dollar ödəməlidir.

Söhbət avqustun 7-də biznesmenin “Tvitter”-dəki açıqlamalarından gedir.

Elon Musk elan edib ki, şirkəti özəlləşdirmək və onun bütün aksiyalarını, onların bazar qiymətindən baha-420 dollardan almaq istəyir.

Bu isə şirkətin səhmlərinin kəskin bahalaşmasına səbəb olub.

Amma sonda Elon Musk fiktindən daşınıb və bu belə bir şübhə doğurub ki, biznesmen bununla qəsdən səhmlərin bahalaşmasına təsir göstərib.

Foto arxiv
Foto arxiv

Buna da bax:Aya turist kimi o gedəcək

Amma bu razılaşma Elon Musku fırıldaqçılıq maddəsi ilə ittihamdan sığortalamır və Baş prokurorluq ona qarşı belə bir ittiham irəli sürə bilər.

Razılaşmaya əsasən Elon Musk-u direktorlar şürasının sədrliyində müstəqil menencer əvəz edəcək.

Qeyd edək ki, Elon Musk-ın yaratdığı “Tesla” şirkəti son 100 ildə ABŞ-da ən uğurlu avtomobil şirkətlərdən biri hesab olunur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG