Keçid linkləri

Təcili xəbərlər
2019, 07 Dekabr, şənbə, Bakı vaxtı 05:23

Əli Əhmədov: 'Növbəti parlament seçkiləri 2020-ci ildə keçiriləcək'


Əli Əhmədov, Bakı , 30 sentyabr 2010

“Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı şayiələrin səbəbini bilmirəm”.

APA-nın məlumatına görə, bunu YAP sədrinin müavini, baş nazirin müavini Əli Əhmədov deyib.

Onun fikrincə, ola bilsin jurnalistlər bu informasiya ilə oxucularının sayını artırmaq istəyirlər: “Ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün hər hansı səbəb yoxdur”.

Ə. Əhmədov bildirib ki, bu ilin dekabrında növbəti bələdiyyə seçkiləri keçiriləcək: “Konstitusiyada göstərilib ki, parlament seçkiləri 5 ildən bir noyabr ayında keçirilməlidir.Qanunvericiliyə əsasən, növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçiriləcək”.

Bugünlərdə yerli mediada ölkədə parlamentin buraxılacağı və növbədənkənar seçkilərin keçiriləcəyi ilə bağlı təsdiqlənməmiş məlumatlar yayıldı. Buna səbəb Milli Məclisin növbədəkənar yay sessiyasının iyulun 15-dək uzadılmasıdır.

Milli Məclisin mətbuat xidməti iyulun 3-də bunu8nla bağlı açıqlama verərək bildirdi ki, “iyul ayının 15-dək keçiriləcək iclaslarda qeyri-adi bir şey axtarmağın heç bir əsası yoxdur”.

Günün bütün mövzuları

XS
SM
MD
LG