Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:36

Vəkili Tbilisidə Muxtarlının oğurlandığı deyilən küçədə olub


Gürcüstanın kriminal polisləri. Tbilisi. iyun2017
Gürcüstanın kriminal polisləri. Tbilisi. iyun2017

"İyunun 10-dan iyunun 11-nə kimi Gürcüstanda oldum və Əfqan Muxtarlının işi üzrə araşdırmamı davam etdirdim. Onun oğurlandığı yerdən, aparıldığı küçələrlə hərəkət etdim. Şəhərin, küçələrin, yolların təhlükəsizlik, rentgen, üz tanıyan və müşahidə kameralarının yerlərini müəyyən etdik. Onların şəkillərini çəkdik".

Bunu Əfqan Muxtarlının hüquqlarını Azərbaycanda müdafiə edən vəkil Elçin Sadıqov bildirib.

Buna da bax:​ Muxtarlının vəkili Tbilisi prokurorluğunu məhkəməyə verdi

"Baxışımızı Lagodekhi Sərhəd Keçid Məntəqəsinə (Azərbaycan-Gürcüstan sərhədi - Bakıdan 470 kilometr şimal-qərb) qədər davam etdirdik. Bizləri jurnalistlər də müşahidə edirdi. Gürcüstan tərəfin sərhədçiləri ilə də söhbət etdik. Onlar bildirdi ki, həmin ərazidən qeyri-qanuni keçmək imkanı yoxdur, ərazi tamamilə müşahidə altındadır və bu fiziki baxımdan da mümkün deyil", – vəkil qeyd edib.

Vəkil iyunun 11-də təsadüfən Gürcüstanın kriminal polisləri ilə rastlaşdıqlarını deyib.

Buna da bax:​ Baş Prokurorluq da deputatı təkzib etdi

Gürcüstanın kriminal polisi. Tbilisi. iyun2017
Gürcüstanın kriminal polisi. Tbilisi. iyun2017

"Təsadüfən yolda avtomobil arxadan kriminal polisin avtomobilini vurdu. Avtomobildən düşənlərin belində tapança olması diqqətimi çəkdi və ətrafdakılardan onların kim olduğunu soruşdum. Bildirdilər ki, kriminal polisdir. Avtomobil də kriminal polisə məxsusdur. Dövlət nömrəsi var. Şəkillərini çəkməyə icazə olub -olmadığını soruşdum. Ətrafdakılar bildirdilər ki, Gürcüstan demokratik ölkədir çəkə bilərsiniz. Mən də şəkillərini çəkdim. Bu gün şəkilləri Əfqan Muxtarlıya təqdim etdim. Bildirdi ki, həqiqətən onlar kriminal polislərdir. Onu oğurlayan avtomobilin də çox güman ki, modeli belə idi", – Sadıqov yazıb.

Ancaq Gürcüstan baş naziri və daxili işlər naziri bu məsələdə onların iştirakı ilə bağlı deyilənləri təkzib ediblər. Hər iki şəxs bildirib ki, istintaq başa çatmamış tələsik nəticə çıxarmaq düzgün deyil.

Buna da bax:​ Gürcüstan Döövlət Təhlükəsizlik Xidməti azərbaycanlı deputatı təkzib elədi

XATIRLATMA

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Deməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, jurnalist bildirirdi ki, sərhəddə cibinə 10 min avro qoyulub.

Ə. Muxtarlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Buna da bax:​ Əfqan Muxtarlı Gürcüstan prezidentinə təşəkkür etdi

Bundan başqa, ona 318.1, 206.1 maddələri ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumların bildirməsinə görə, o sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıb. Bu zaman hüquq mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı bir sıra araşdırma yazılarının müəllifi idi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG