Keçid linkləri

2017, 17 Avqust, Cümə axşamı, Bakı vaxtı 19:27

Muxtarlının vəkili Tbilisi prokurorluğunu məhkəməyə verdi


Archil Chopikashvili

Jurnalist Əfqan Muxtarlının Gürcüstandakı vəkilləri Tbilisi Şəhər Prokurorluğunu məhkəməyə verib.

Bu haqda vəkil Archil Chopikashvili bildirib.

Məhkəməyə şikayət Əfqan Muxtarlıya və onun xanımına “qurban” statusunun verilməməsi ilə bağlıdır.

Buna da bax:​ Baş Prokurorluq da deputatı təkzib etdi

“Biz Gürcüstanın istintaq orqanlarına müraciət edərək Əfqan Muxtarlıya və xanımı Leyla Mustafayevaya “qurban” statusu verilməsini tələb etmişdik. Bu tələb tam qanuni idi”, - deyən vəkil istintaq qurumunun onların tələbini təmin etmədiyini bildirib.

O, buna görə, prokurorluqdan Tbilisi Şəhər Məhkəməsinə şikayət təqdim etdiyini deyib. Məhkəmədən prokurorluğun üzərində Ə.Muxtarlı və xanımına “qurban” statusu verilməsi vəzifəsi qoyan qərar çıxarması istənilib.

Buna da bax:​ Gürcüstan Döövlət Təhlükəsizlik Xidməti azərbaycanlı deputatı təkzib elədi

XATIRLATMA

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Deməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, jurnalist bildirirdi ki, sərhəddə cibinə 10 min avro qoyulub.

Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Buna da bax:​ Deputat: 'Əfqan Muxtarlı gətiriləndə burnumu qanayıb?'

Bundan başqa, ona 318.1, 206.1 maddələri ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumların bildirməsinə görə, o sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıb. Bu zaman hüquq mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG