Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:58

Jurnalistə 9 il həbs cəzası verildi


Elçin İsmayıllı
Elçin İsmayıllı

İsmayıllıda yaşayan, bir sıra media orqanları ilə bölgə müxbiri kimi əməkdaşlıq edən Elçin İsmayıllı 9 il azadlıqdan məhrum edilib. Sentyabrın 18-də Şəki Ağır Cinayətlər Məhkəməsində Rəşid Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası bu haqda hökm çıxarıb.

CM-nin 182 (hədə-qorxu ilə tələb etmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli sayılan E.İsmayıllıya həmçinin, 3 il müəyyən vəzifə tutmaq qadağan olunub.

***Buna da bax-10 il həbs istənilən jurnalist: 'Mənim heç bir günahım yoxdur...'

E.İsmayıllının vəkilləri hökmün əsassız olduğunu, ittihamın məhkəmədə sübuta yetirilmədiyini deyir. Vəkil Elçin Sadıqov AzadlıqRadiosuna bildirib ki, əksinə, məhkəmə jurnalistin İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov vasitəsilə təxribat nəticəsində həbs olunduğunu ortaya qoydu. Vəkil hökmdən apellyasiya şikayəti verəcək.

E.İsmayıllı 17 fevral 2017-ci ildə İsmayıllı rayonunda həbs olunub. O, İsmayıllı rayonunda vəzifəli şəxslərdən haqqında rüsvayedici məlumat yaymaq hədəsi ilə pul tələb etməkdə ittiham olunur.

E.İsmayıllı özünü təqsirli bilmir. Saxlanılarkən üzərində olan 1000 manatı illərdir tanıdığı Azər Abbasovdan borc aldığını deyir.

***Buna da bax-Hal şahidləri jurnalistin necə pul almasını görmədiklərini söylədilər

2016-cı ilin noyabrına qədər İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin rəhbəri olmuş Azər Abbasov məhkəmədə zərərçəkmiş qismində ifadəsində deyib ki, həmin vəsaiti ona icra başçısı Mirdaməd Sadıqov verib Elçinə çatdırmasını istəmişdi.

İcra başçısının adı şahidlər siyahısında olsa da, məhkəmə onu çağırıb dindirməkdən imtina etdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG