Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 00:03

10 il həbs istənilən jurnalist: 'Mənim heç bir günahım yoxdur...'


Elçin İsmayıllı, Bakı, 1 fevral 2013

“Mənim heç bir günahım yoxdur. Heç bir cinayət əməli törətməmişəm. İrəli sürülmüş ittihamların heç birinin əsası yoxdur”.

Vekillərinin verdiyi məlumata görə, həbsdəki jurnalist Elçin İsmayıllı sentyabrın 15-i Şəki Ağır Cinayətlər Məhkəməsindəki son sözündə belə deyib.

Verilən məlumata görə, hakimlər bəzi jurnalistlərin məhkəmədə iştirakına icazə verməyiblər. Proseslə bağlı AzadlıqRadiosuna onun vəkilləri məlumat veriblər. E.İsmayıllını məhkəmədə vəkillər Elçin Sadıqov və İslam İsmayılov təmsil edir.

Müdafiə tərəfi cinayət işinə xitam verilməsini tələb edir

Onların bildirdiyinə görə, E.İsmayıllı son sözündə ittihamların quruma olmasından bəhs edib, peşə fəaliyyətinə görə, şərləndiyini bildirib. O, məhkəmədən ədalətli qərar verməsini istəyib.

Jurnalistin vəkilləri İ.İsmayılovla E.Sadıqovun demələrinə görə, müdafiə nitqi zamanı E.İsmayılıya açılan cinayət işinin qurama olduğunu ifadə ediblər. Üstəlik, vəkillər məhkəmə prosesinin ciddi pzountularla keçirildiyini, E.İsmayıllının müdafiə hüququnun tam təmin edilmədiyini bildiriblər.

Vəkillər həmçinin, məhkəmə zamanı ittihamların təsdiqini tapmadığını ifadə edərək, məhkəmədən E.İsmayıllı barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini tələb etdiklərini söyləyiblər.

Prosesi izləyən bəzi jurnalistlərin zaldan çıxarıldığı bildirilir.

Vəkil Elçin Sadıqov, Azərbaycan, 28 mart 2017
Vəkil Elçin Sadıqov, Azərbaycan, 28 mart 2017

Məhkəmənin gedişində jurnalistin vəkili E.Sadıqovla hakim Rəşid Hüseynov arasında mübahisə yarandığı bildirilir. Verilən məlumata görə, hakim işlə bağlı bəzi sənədlərin təqdim olunmasını istəyib. Ancaq vəkil gərəkli bütün sənədlərin poçt vasitəsilə məhkəməyə təqdim olunduğunu bildirib. Məhkəmə heyətinin bu mübahisə kontekstində E.Sadıqovdan Vəkillər Kollegiyasına şikayət edəcəyini açıqladığı bildirilir.

Məhkəmə heyətinin həmçinin,jurnalistlərin məhkəmə zalında əyləşməsinə də icazə vermədiyi deyilir. Bu qərar jurnalistlərin məhkəmədən öncə prosesi izləməkdən ötrüicazə almalı olması ilə əsaslandırdığı bildirilir. Jurnalist və vəkillər buna etiraz etsə də, prosesi izləyən jurnalist Təzəxan Mirələmlinin zaldan çıxarıldığı söylənir.

Müşavirəyə gedən məhkəmə heyəti hökmü sentyabrın 18-də elan edəcəyini bildirib.

Bundan öncəki prosesdə dövlət ittihamçısı jurnalistə 10 həbs cəzası istəyib.

XATIRLATMA

İsmayıllıda yaşayan jurnalist Elçin İsmayıllı bu il fevralın 17-də saxlanıb. Nəsimi Rayon Məhkəməsi fevralın 18-də onun haqqında 24 günlük həbs-qətimkan tədbiri seçib. Sonra həbs müddəti artırılıb.

Jurnalist barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə pul tələb etmə) və 308-ci (vəzifəsindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Daha sonra, vəkilinin deməsinə görə, ittiham ağırlaşdırılıb:

«İstintaqın yekununda ona Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham irəli sürülüb. E.İsmayıllıya 182-ci (Hədə qorxu ilə tələb etmə), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311-ci (Rüşvət alma) maddələri ilə ittiham irəli sürüblər. Bu ittihamlara görə, ona 8-12 il həbs cəzası verilə bilər».

Vəkilininhəmçinin, bildirdiyinə görə, istintaq materiallarında jurnalist İsmayıllı rayon mədəniyyət və turizm şöbəsinin bir əməkdaşını hədələyərək pul tələb etməkdə günahlandırılır. Həmin şəxs rəsmi qaydada Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib və Elçin İsmayıllı pul alacağı iddiası ilə həbs olunub. Vəkilin sözlərinə görə, jurnalist həbsinin qurama, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib.

«Elçin İsmayıllı deyir ki, bu iş quramadır. Həmin adamı 2003-cü ildən tanıyır, yaxşı münasibətləri var. Bir ay öncə ondan 1000 manat borc pul istəyib. İki gün əvvəl Elçinə zəng edib ki, pul hazırdır. Görüşüblər, pulu alanda Elçin İsmayıllını həbs ediblər», - vəkil jurnalist həbs olunarkən bildirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG