Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 18:04

Hal şahidləri jurnalistin necə pul almasını görmədiklərini söylədilər


Jurnalist Elçin İsmayıllı, 01Fev2013

Bu gün, avqustun 31-də Şəki Ağır Cinayətlər Məhkəməsində həbsdəki jurnalist Elçin İsmayıllı ilə bağlı iclas davam edib. Prosesdə hal şahidləri Süleyman Rəhimovla Elgün Səmədov ifadə veriblər.

Məhkəmə prosesi haqda jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.

Vəkilin deməsinə görə, hal şahidləri ifadələrində bildiriblər ki, onlar davamlı olaraq hadisə yerində olmayıblar.

Buna da bax:​ Hakim vəkildən şikayət edib

“Biz restoranda ofisiant işləyirik. Tez-tez müştərilər çağırırdı, gedib, gəlirdik. Əməliyyat yerində baş verənləri detallı izləyə bilməmişik”, – vəkilin deməsinə görə, hal şahidləri bildirib.

E.Sadıqovun sözlərinə görə, hal şahidləri istintaqa verdikləri ifadələrdən fərqli danışıblar.

“Onlar pulun hardan götürüldüyünü görmədiklərini söylədilər”, – vəkil vurğulayıb.

Vəkil məhkəmədə çıxışında isə deməsinə görə, iş üzrə əsas simalardan, Yeni Azərbaycan Partiyası rayon şöbəsinin sədr müavini Azər Abbasovun ifadələrinə diqqət çəkib.

Buna da bax: Vəkil məhkəmənin vaxtının dəyişdirilməsini istəyir

“Azər Abbasov həm istintaqa, həm də məhkəmədə bildirib ki, Elçin İsmayıllıya veriləcək pulu ona İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov verib. Mirdamət Sadıqov isə istintaqa ifadəsində heç kimə pul vermədiyini deyib. Burda ciddi anlaşılmazlıq var”, - deyən vəkil məhkəmə qarşısında vəsatətlə çıxış edib. O, tələb edib ki, icra başçısı məcburi məhkəməyə gətirilsin və Azər Abbasovla Süleyman Rəhimov çarpaz dindirilsin.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşid Hüseynov vəsatətin icra başçısının məcburi gətirilməsi hissəsini rədd edib. İcra başçısının çarpaz dindirmədən ötrü məhkəməyə dəvət edilməsinə qərar verilib.

Proses sentyabrın 9-da davam etdiriləcək.

Buna da bax:​ Jurnalistə ittihamlar ağırlaşdırılıb

XATIRLATMA

İsmayıllıda yaşayan jurnalist Elçin İsmayıllı bu il fevralın 17-də saxlanıb. Nəsimi Rayon Məhkəməsi fevralın 18-də onun haqqında 24 günlük həbs-qətimkan tədbiri seçib. Sonra həbs müddəti artırılıb.

Jurnalist barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə pul tələb etmə) və 308-ci (vəzifəsindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Daha sonra, vəkilinin deməsinə görə, ittiham ağırlaşdırılıb:

«İstintaqın yekununda ona Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham irəli sürülüb. E.İsmayıllıya 182-ci (Hədə qorxu ilə tələb etmə), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311-ci (Rüşvət alma) maddələri ilə ittiham irəli sürüblər. Bu ittihamlara görə, ona 8-12 il həbs cəzası verilə bilər».

Buna da bax:​ 'Jurnalist deyir ki, iş quramadır'

Vəkilinin bildirdiyinə görə, istintaq materiallarında jurnalist İsmayıllı rayon mədəniyyət və turizm şöbəsinin bir əməkdaşını hədələyərək pul tələb etməkdə günahlandırılır. Həmin şəxs rəsmi qaydada Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib və Elçin İsmayıllı pul alacağı iddiası ilə həbs olunub. Vəkilin sözlərinə görə, jurnalist həbsinin qurama, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib.

«Elçin İsmayıllı deyir ki, bu iş quramadır. Həmin adamı 2003-cü ildən tanıyır, yaxşı münasibətləri var. Bir ay öncə ondan 1000 manat borc pul istəyib. İki gün əvvəl Elçinə zəng edib ki, pul hazırdır. Görüşüblər, pulu alanda Elçin İsmayıllını həbs ediblər», - vəkil jurnalist həbs olunarkən bildirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG