Keçid linkləri

Təcili xəbərlər
2019, 08 Dekabr, bazar, Bakı vaxtı 11:43

Ekspertdən proqnoz: 'Neftin qiyməti düşəcək, devalvasiya olacaq'


Bakıda neft mancanağı, 16 iyun 2015

“İyulun 2-də OPEC və qeyri-OPEC ölkələrinin hasilatın azadlıması ilə bağlı imzaladıqları sənədin müddətinin daha bir neçə ay uzadılması barədə razılaşma neftin ucuzlaşmasının qarşısına ala bilməyəcək”.

Bunu AzadlıqRadiosuna ReAL Partiyasının icraçı katibi, iqtisadçı Natiq Cəfərli söyləyir və əlavə edir ki, bu 9 aylıq uzatma axırıncı olacaq.

İyunun 2-dә Vyanada keçirilәn tәdbirdә neft hasilatının azaldılmasına dair razılaşmanın müddətinin daha 9 ay uzadılması ilə bağlı razılıq əldə edilib. Tədbir iştirakçılarının fikrincə, bu addım dünya bazarlarında neftin qiymətinin kəskin ucuzlaşmasının qarşısını alacaq. Tədbirdə iştirak edən Azәrbaycan hasilatın azadılması qәrarına qoşulub.

Cəfərlinin sözlərinə görə, OPEC + anlaşması artıq öz siyasi və iqtisadi gücünü itirmək üzrədir və OPEC-in üzv ölkələri bunu yaxşı anlayır.

“2017-ci ildə ilk dəfə neftin hasilatının azadılması ilə bağlı qərar qəbul olunanda bu bazarlara psixoloji təsir göstərdi və qiymətlərin yüksəlməsinə səbəb oldu. Neftin qiymətlərinə təsir edən digər amil də vardı – Vensuelada və Liviyada gərginlik”, - iqtisadçı söyləyir.

O, bu dəfə neftin hasilatının azadılması barədə qərarın bazara ciddi iqtisadi təsir göstərmədiyini bildirir.

“2016-cı ildə qərar qəbul olunanda ABŞ-da gündəlik neft hasilatı cəmi 8,4 milyon barrel idi. Bu gün isə ABŞ 12,4 mln barrel neft hasil edir. Yəni təkcə ABŞ-da hasilat 4 mln barrel artıb. OPEC + ölkələri isə hasilatı cəmi 1,8 mln barrel azaltdı. Ona görə də hesab etmək olar ki, dünyada neft hasilatının azalması yox, artması gedir və neftin qiymətinin 60-65 dollar civarında olmasının yeganə səbəbi dünyada hökm sürən gərginlikdir”.

Natiq Cəfərlinin sözlərinə görə, Rusiya artıq 2020-2021-ci illərdə neftin 30-40 dollar olacağı ilə bağlı ciddi hazırlıqlara başlayıb.

“Bu onu göstərir ki, dünyada ciddi gərginliklər baş verməsə, İrana hücum olmasa, Venesuela və Liviya ilə bağlı problem həll olunsa neftin qiyməti ciddi şəkildə aşağı düşəcək. Belə olan halda isə Azərbaycan iqtisadiyyatını böyük problemlər gözləyir. Azərbaycan neft hasilatının azalmasında ciddi rol oynamır, çünki gündəlik hasilatı cəmi 25-30 min barrel azalda bildi və OPEC + ölkələrlə anlaşması olmasaydı belə təbii səbəblərə görə Azərbaycanda neftin hasilatı azalacaqdı”.

İqtisadçının qənaətincə, neftin qiymətli 45 dollara düşərsə, ölkəni ciddi fəsadlar gözləyir, çünki Azərbaycanın dövlət büdcəsi birbaşa 65% neftdən asıllıdır.

Natiq Cəfərli hesab edir ki, neftin qiyməti 45 dollara düşərsə Azərbaycanda manatın devalvasiyası ilə birlikdə bütün makroiqtisadi göstəricilərin kəskin şəkildə aşağı düşməsi də gözləniləndir.

Xatırlatma

2016-cı ililn fevralında Neft İxrac edən Ölkələr Təşkilatı (OPEK) hasilatı sutkalıq 280 min barrel azaldıb.

2014-2015-ci illərdə neftin ucuzlaşması Azərbaycanda manatın iki dəfə devalvasiyası ilə nəticələndi.

Günün bütün mövzuları

XS
SM
MD
LG