Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:11

Ekspert: ‘Bu dəfə aprel döyüşlərindən daha böyük müharibə ola bilər’


Elinanın oxuduğu məktəbin direktoru ev dustağı edildi
Gözlə

No media source currently available

0:00 0:15:04 0:00

Elinanın oxuduğu məktəbin direktoru ev dustağı edildi

Azərbaycan və Ermənistanın humanitar əməkdaşlıq barədə razılığa gəlməsi Qarabağ münaqişəsinin nizamlanması prosesi üçün nə deməkdir?

Elmar Məmmədyarov və Zohrab Mnatsakanyan dünən, aprelin 15-də Moskvada görüşüblər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təşəbbüsü ilə keçirilən görüşdə Minsk Qrupunun həmsədrləri də iştirak ediblər.

Görüşdən sonra yayılan birgə bəyanatda deyilir ki, tərəflər humanitar əməkdaşlığın əsasını qoymağı müzakirə ediblər.

Bəyanatda deyilir ki, tərəflər münaqişə zonasında, xüsusilə də kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olanlar üçün sabitlik yaratmaqda maraqlı olduqlarını vurğulayıblar.

Onlar həmçinin ailələrin əsirlərlə kontaktlarına şərait yaratmaq barədə razılığa gəliblər.

Nazirlər xalqlar arasında əlaqələrin qurulması, o cümlədən media nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkil olunması üçün konkret iş görülməsi barədə istəklərini ifadə ediblər.

"Qərar verən - jurnalistlər yox, siyasilərdir"

Helsinki Vətəndaş Assambleyasının əməkdaşı, siyasi şərhçi Zərdüşt Əlizadə deyir ki, belə humanitar əlaqələrin qurulmasını fəallar uzun illərdir ki, Azərbaycan hakimiyyətinə deyirdilər, amma onların sözünə qulaq asan yox idi. Bəs indi nə dəyişib? Şərhçi deyir ki, görünür tərəflər genişmiqyaslı müharibədən yayınmağa çalışırlar:

“Azərbaycan və Ermənistan hakimiyyətləri başa düşür ki, bu dəfə müharibə olsa, aprel döyüşlərindən daha böyük miqyaslı müharibə olacaq. Stepanakert yox olacaq, Ağdamın kökünə düşəcək. Yerevanda və Bakıda böyük dağıntılar olacaq. Çünki hər iki tərəfin taktiki, operativ raketləri, qırıcı təyyarələri, çoxlu sayda uzaqvuran topları var. Dağıntılar o qədər böyük olacaq ki, Ermənistan iqtisadiyyatı buna dözməyəcək, Azərbaycan iqtisadiyyatı da itki verəcək”.

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

Zərdüşt Əlizadə deyir ki, Azərbaycan və Ermənistan arasında bu razılaşmaların necə icra olunması Rusiyanın mövqeyindən asılı olacaq. Rəsmi Moskvanın hələ də əsas prioriteti odur ki, Qarabağ üzərində nəzarəti əldən verməsin. Zərdüşt Əlizadə düşünür ki, Kreml hər vəchlə buna nail olmağa çalışacaq.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Bakıda Atlas Araşdırmalar Mərkəzinin rəhbəri siyasi şərhçi Elxan Şahinoğlu yada salır ki, 1995-2000-ci illərdə də indiki kimi jurnalistlərin qarşılıqlı səfərləri barədə razılıqlar əldə olunmuşdu və təşkil olunmuşdu, amma bunun münaqişənin həllinə zərrə qədər təsiri olmadı. Çünki qərar verən - jurnalistlər yox, siyasilərdir.

Elxan Şahinoğlu deyir ki, Moskva görüşü münaqişənin köklü həllinə yönəlməyib. Azərbaycan tərəfinin istəkləri başqadır. Elxan Şahinoğlu həmin istəkləri sadalyır:

“Ermənistan artıq mərhələli həll planını icra etməyə başlasın, Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltsın, girovları azat etsin, işğal altındakı torpaqlarda tikinti işləri aparmasın”.

"Hələlik həlli mümkün olmayan problemləri isə sonraya saxlayırlar"

Nazirlərin humanitar əməkdaşlığı ilə bağlı müzakirələr o vaxta təsadüf edir ki, Ermənistanın yeni baş naziri Nikol Paşinyan Qarabağdakı separatçı rejimin danışıqlar masasına oturmasında israr edir, Azərbaycan prezidenti İlham Əliyevsə bunun qəti əleyhinədir.

Manvel Sakisyan
Manvel Sakisyan

Yerevanda Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin təhlilçisi Manvel Sarkisyan deyir ki, bu ziddiyətə rəğmən son razılaşma müsbət haldır:

“Paşinyan qeyd etdi ki, danışıqlarda hər üç tərəfin maraqları ifadə olunmalıdır. Sanki çox sadə məsələdir, yəni münaqişəni nizamlamaq istəyən tərəflər deməlidirlər ki, hər üç tərəf danışıqlarda təmsil olunsun. Amma görürsünüz, Azərbaycan tərəfi heç buna da razı olmur. Bu da Azərbaycanın oturub məsələni diplomatik yolla həll etməyə hazır olduğuna şübhə yaradır. Danışıqlar prosesində Azərbaycan üçün bu cür, yetərincə mürəkkəb məqamlar ortaya çıxıb. İndi belə halda nə etmək olar? Məncə, elə məntiqli olan nədirsə indi onu edirlər, hansısa humanitar problemlərlə bağlı razılığa gəlirlər. Hələlik həlli mümkün olmayan problemləri isə sonraya saxlayırlar”.

Nazirlərdən əvvəl Azərbaycan və Ermənistan liderləri martin 29-da Vyanada görüşmüşdü. ATƏT-in Minsk qrupunun həmsədrləri görüşü məhsuldar adlandırmışdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG