Keçid linkləri

2024, 11 Sentyabr, çərşənbə, Bakı vaxtı 15:02

Qərbli ekspert: Liderlərin yaxınlaşması dərin sülh demək deyil


Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Pashinian Vyana görüşü zamanı
Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Pashinian Vyana görüşü zamanı

Londondakı nüfuzlu Chatham House analitik mərkəzinin Qafqaz üzrə eksperti Laurence Broersin təşkilatın saytında dərc olunmuş məqaləsi “Ermənistan-Azərbaycan: Liderlərin yaxınlaşması dərin sülh prosesini əvəzləmir” adlanır.

Broers yazır ki, martın 29-da Əliyev və Pashinian arasında Vyanada keçirilmiş görüş, onların atəşkəsi qoruyub saxlamaq, humanitar tədbirləri həyata keçirmək və dialoqu davam etdirmək barədə razılığa gəlməsi və bundan da təəccüblüsü Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin iki xalqı sülhə hazırlamağın zəruriliyi barədə dedikləri, çoxdan bəridir ki, durğunlaşımış prosesin canlanması bucağından pozitiv dəyişiklikdir.

Ekspertin fikrincə, liderlər arasında yaxınlaşma, əlbəttə həlledici əhəmiyyətə malikdir, lakin buna baxmayaraq, dərindən təsisatlandırılmış sülh prosesi olmadan, irəliləyiş ağlabatan görünmür.

Danışıqların üç gündəliyi

Broers qeyd edir ki, hazırda danışıqların üç gündəliyi var. Bunlardan birincisi aşağı səviyyədə qarşılıqlı etimadın yaradılmasıdır.

Bu gündəliyə Ermənistan və Azərbaycan qüvvələrini ayıran Təmas Xətti üzərindən qaynar xəttin yaradılması, sərhədlər üzərindən gediş-gəlişin bərpası daxildir.

Broersin fikrincə, bu tədbirlərin icrası çətin olmasa da, alt-üst olması bir günün içində ola bilər.

Politoloq bildirir ki, qarşılıqlı etimad strukturlarının yaradılması ikinci mərhələdir. Bu mərhələ qüvvədə olan atəşkəs rejiminin möhkəmləndirilməsi üçün resursların artırılmasını və yenilərinin yaradılmasını, habelə Azərbaycan və Ermənistan liderləri tərəfindən müəyyən siyasi kapitalın yatırılmasını nəzərdə tutur.

Nəhayət əsasını Madrid prinsipləri təşkil edən üçüncü gündəlik gəlir. Bu mərhələdə sülh sazişi imzalanmalı, Ermənistan qüvvələri işğal olunmuş ərazilərdən çıxmalı, sülhməramlıların əməliyyatı keçirilməli, köçkünlərin öz yurdlarına qayıtması təmin olunmalı və nəhayət ərazinin yekun statusuümumxalq səsverməsi ilə müəyyənləşdirilməlidir. Buna qədər Dağlıq Qarabağın de facto hakimiyyətinin keçid statusunun müəyyənləşdirilməsi də nəzərdə tutulur.

Pashinian-ın hakimiyyəti üçün təhlükə

Broers hesab edir ki, uzun illər ərazində danışıqları tormozlayan ikinci gündəlik olub. Yerevan bu mərhələdə təhlükəsizliyin təminatını önşərt kimi qoyur.

Politoloqun firkincə məhz bu mərhələ Nikol Pashinian üçün ən təhlükəlisidir, çünki bu gündəlikdə ərazilərin qaytarılması da nəzərdə tutulur. Digər tərəfdən bu mərhələ keçilməsə, Təmas Xətti zorakı olaraq qalacaq. Şərhçinin fikrincə belə bir şəraitdə Nikol Pashinian Ermənistanda islahatları çətin ki, həyata keçirə bilsin.

Broers yazır ki, Bakı ilkin mərhələdə Ermənistanın yeni rəhbərliyinin oturuşması üçün səbr nümayiş etdirə bilib. Bundan başqa Azərbaycan tərəfi ilk dəfə olaraq gələcəyə baxan siyasi addımları dilə gətirib. Bütün bunlar üçüncü gündəliyə çevik şəkildə keçilməsini tələb edir. Lakin Azərbaycan hesab edir ki, Dağlıq Qarabağın statusundan əvvəl ərazilərin qaytarılması təmin edilməlidir.

Broersin fikrincə bu məqamda Azərbaycan həm də dilemma ilə üzləşir. Bir tərəfdən Pashinian-ın əhəmiyyətli addımlar atmasına şərait yaratmaq üçün vaxt tanımaq lazım gəlir, digər tərəfdən isə Ermənistan bu müddətdə islahatları həyata keçirib dövlətçiliyini möhkəmlədə və kompromisə daha müqavimətli ola bilər.

Broers yazır ki, digər tərəfdən əgər Azərbaycanın təzyiqi ilə Pashinian-ın öz ölkəsi daxilində islahat layihəsi iflasa uğrasa, onu Bakı üçün daha mühafizəkar və militarist birisi əvəz edə bilər. Bu hər şeydən əlavə Azərbaycanın Rusiyanın təsirlərini azaltmaq imkanlarını mürəkkəbləşdirər.

Qarabağ probleminin üç əsas faktoru

Politoloqun firkincə Nikol Pashinian-ın hazırkı Qarabağ siyasətini üç əsas komponent şərtləndirəcək.

Birincisi, onun öz hökuməti indi nə qədər legitim sayılsa da, “Mənim addımım” çox geniş koalisiyadır və heç bir güclü partiyadaxili intizamı yoxdur.

İkinisi keçmiş hakim Respublikaçı Partiya təkrar qruplaşma ilə məşğuldur və keçmiş elita özünü Pashinian-ın liberal siyasətləri ilə müqayisədə milli-vətənpərvər dəyərlərə daha bağlı bir qüvvə kimi təsdiqləməyə çalışır.

Broersin fikrincə üçüncü faktor Dağlıq Qarabağdır. Pashinian vurğulayır ki, o Ermənistan Respublikasını təmsil edir və Dağlıq Qarabağ ermənilərini təmsil etmək üçün mandatı yoxdur.

O Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakını istəyir, bunu isə Bakı qəti şəkildə qəbul etmir.

Mərhələnin daha kiçik mərhələlərə bölünməsi

Broers belə bir nəticəyə gəlir ki, Azərbaycan və Ermənistan üçüncü gündəliyə - Madrid prinsiplərinə müxtəlif cür yanaşırlar. Ermənistan tərəfi ön plana Dağlıq Qarabağın statusu, Azərbaycan tərəfi isə ərazilərin azad olunması prinsipini çəkir.

Belə olduğu halda üçüncü mərhələyə nədən başlamaq olar? Broers bildirir ki, bu məsələ həllini tapmadan qarşılıqlı etimad tədbirlərinin görülməsi kafi sayıla bilməz.

Lakin Broers xüsusi qeyd edir ki, ən mühüm olanı zorakılığın azalmasıdır və elə təkcə bunun özü əldən verilməli olmayan bir imkandır.

Politoloqun firkincə belə bir şəraitdə kiçik mərhələli yanaşma nümayiş etdirilə bilər. O qeyd edir ki, məsələn tərəflərin siyasi kapital qoymasını tələb edən əməkdaşlıq sahələri tapıla bilər.

Broers yazır ki, bu məsələdə kənar qüvvələr müxtəlif kiçik keçid razılaşmaları üçün daha geniş sülh quruculuğu infrastrukturunun yaradılmasına kömək edə bilərlər. Onun qənaətinə görə məhz belə bir yeni məkanda Minsk prosesinin çərçivəsində və ondan kənarda təmasların heç bir tərəf üçün “qələbə” sayılmayacaq şəbəkəsi yaranar.

XS
SM
MD
LG