Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Avqust, Cümə, Bakı vaxtı 19:21

'...Ehtiyac içindəyik, gəlir, dolanışıq yoxdur'- köçkünlər


Məcburi köçkünlərin aksiyası. Foto arxiv. 2011

«Nə torpağımızı azad edirlər, nə də işlə təmin olunuruq... İndi neftin qiyməti də bahalaşıb, dövlətimizin də gəlirləri çoxalıb».

Bu gün, iyunun 12-də dondurulmuş əmək haqlarını ala bilmədiklərindən Prezident Administrasiyasının qarşısına toplaşıb etiraz edən bir qrup məcburi köçkün belə deyib.

Aksiya iştirakçıları tələb ediblər ki, 2017-ci ilin yanvarından dondurulmuş əmək haqları bərpa edilsin, ya da onları işlə təmin etsinlər.

Aksiya iştirakçılarından Aynur Məmmədova bildirib ki, Füzuli rayonunda dörd kəndi birləşdirən tibb məntəqəsində işləyib.

«Hazırda işsizəm. Ötən ilin avqustunda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyinin qəbulunda oldum, işlə təmin olunacağımı bildirdilər. Amma hələ də işlə təmin olunmamışam. Nə torpağımız azad edilir, nə də işlə təmin edilirəm», - deyən A.Məmmədova iyunun 5-də Nazirlər Kabineti qarşısında keçirdikləri etiraz aksiyası zamanı onları baş nazirin müavini Əli Əhmədovun qəbul etdiyini bildirib.

***Buna da bax-Məcburi köçkünlər: 'Baş nazir, bizi qəbul et!'

«Baş nazirin müavini bildirdi ki, araşdırmalar aparılır. Problemimiz həll olunacaq, maaşlarımız ödəniləcək. Amma hələ bir xəbər yoxdur», - o deyib.

A.Məmmədovanın vurğulamasına görə, etiraz aksiyasına çıxmaq məcburiyyətində qalanlar o insanlardır ki, ehtiyac içində yaşayırlar, gəlirləri yoxdur:

«Ehtiyac içində yaşayırıq, gəlirimiz, dolanışığımız yoxdur. Bura toplaşanların da hamısı yaşlı insandır».

Məcburi köçkünlər Qaçqınkomun qarşısında etiraz aksiyası keçirib
Gözlə

No media source currently available

0:00 0:02:20 0:00

Köçkünlərdən məhkəməyə şikayət

A.Məmmədova maaşları dondurulan məcburi köçkünlərin Nazirlər Kabinetini məhkəməyə verdiyini, ancaq müsbət qərar ala bilmədiklərini, yuxarı məhkəmələrə müraciət edəcəklərini də qeyd edib.

Digər aksiya iştirakçıları da həm etiraz tədbirlərini, həm də hüquqi müstəvidə mübarizə aparacaqlarını vurğulayıblar.

***Buna da bax-Şikayətə gələn köçkün: 'Maşında gecələyirəm'

«Hökumət məcburi köçkünlərin maaşlarını bərpa edə bilər. İndi neftin də qiyməti bahalaşıb, dövlətimizin də gəlirləri çoxalıb», - narazı məcburi köçkünlər bildiriblər.

Aksiya iştirakçılarının nümayəndələrini Prezident Administrasiyasının rəsmiləri qəbul ediblər, məsələnin araşdırılacağı bildirilib.

Məcburi köçkünlərin aksiyası ciddi nəzarətlə müşayiət olunub. Mülkigeyimli şəxslər etiraz edənləri davamlı əhatədə saxlayıblar. Onların, eləcə də jurnalistlərin foto, video çəkiliş aparmasına imkan verilmədiyi bildirilir.

Narazı köçkünlər ötən ilin əvvəlindən bu məsələ ilə bağlı bir neçə dəfə aksiya keçiriblər. Onlar sonuncu dəfə iyunun 5-də Nazirlər Kabinetinin qarşısına toplaşmışdı.

Köçkünlərin şikayətinə Prezident Administrasiyasının rəsmilərindən ayrıca münasibət almaq mümkün olmayıb.

23 ildir yol kənarında yaşayan köçkünlər
Gözlə

No media source currently available

0:00 0:00:49 0:00

Komitənin mövqeyi...

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti isə hələ ötən ilin noyabrında işlə təmin edilməyən məcburi köçkünlərə orta əmək haqlarının verilməsinin dayandırılmasına münasibət bildirmişdi.

***Buna da bax-Hadı Rəcəbli: 'Məcburi köçkünlər pəncərəni açıq qoyurdular...'

Komitə vurğulayırdı ki, Nazirlər Kabineti 1994-cü il mayın 10-da «Büdcədən maliyyələşdirilən təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında» qərar verib. Həmin qərarın 2-ci bəndində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanları büdcədən maliyyələşdirilən təşkilatlarda işləmiş, lakin özlərindən asılı olmayan səbəblərə görə işsiz qalan məcburi köçkünlərə 1994-cü il sentyabrın 1-nə kimi əməkhaqqı verib.

«Sonrakı illərdə Nazirlər Kabinetinin müvafiq qərarları ilə yuxarıda göstərilən qərarın icra müddəti hər il nəzərdə tutulan vaxtadək uzadılıb. Beləliklə, belə məcburi köçkünlərə orta aylıq (dondurulmuş) əməkhaqqı 1 yanvar 2017-ci il tarixədək verilib. Cari ildə də Komitə həmin qərarın müddətinin uzadılması ilə bağlı aidiyyəti dövlət orqanları ilə hərtərəfli müzakirələr aparıb. Lakin qərarın müddətinin uzadılması məqsədəuyğun hesab edilməyib. Odur ki, 2017-ci il 1 yanvar tarixindən məcburi köçkünlərə orta aylıq (dondurulmuş) əməkhaqqının verilməsi dayandırılıb», -açıqlamada qeyd edilirdi.

Xatırlatma

Azərbaycan hökuməti Dağlıq Qarabağ və ətraf rayonlarda büdcə təşkilatlarında işləmiş və məcburi köçkün düşmüş insanların əmək haqlarını 2017-ci il yanvarın 1-nə kimi ödəyib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG