Keçid linkləri

Təcili xəbərlər
2018, 27 Aprel, Cümə, Bakı vaxtı 12:33

Hadı Rəcəbli: 'Məcburi köçkünlər pəncərəni açıq qoyurdular...'


Hadı Rəcəbli

“Biz məcburi köçkünlərin yaşadıqları evlərə gedirdik. Onlar işıq spirallarından istifadə edirdilər. Sonra isə pəncərəni açıq qoyurdular”.

Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli ölkə başçısının məcburi köçkünlərlə bağlı sərəncamını modern.az-a şərh edərkən belə deyib.

Buna da bax:​ 'Manat üzsə, çoxları 'şok terapiya'ya davam gətirməz'

Hadı Rəcəbliyə görə, ölkə başçısının sərəncamı qismən də olsa məcburi köçkünlərin israfçılığının qarşısını ala bilər.

“Bu günlərdə vəzifə tutan adamlardan biri ilə söhbət etmişəm. Dedi ki, vəzifəyə əmri alan gün ərizə yazaraq, ona verilən yardımdan imtina edib. Düşünüb ki, işdə yüksək maaş alacaq. Onun buna mənəvi cəhətdən haqqı yoxdur. Belə adamlar bu gün çoxdur”.

Buna da bax:​ 'Ciddi narazılıqlar olacaq'

…Qənaətcil olacaqlar

Komitə sədri bildirib ki, bu sənəd bəzi neqativ halların qarşısını almağa xidmət edəcək.

“Bundan əvvəl vəsait ümumilikdə işıq, qaz idarələrinə ayrılırdı. Bu məsələyə diqqət yetirmək çətin olurdu. Orada da problemlər olurdu. 20 manat yeməkpulu, 15 manat isə enerji resursları ilə bağlı vəsait idi. İndi 36 manat adambaşına nəzərdə tutulub. Bu rəqəmin özü də məqbuldur. Bu, eyni zamanda qənaətcilliyə həvəsləndirəcək”, deputat deyib.

Buna da bax:​ Məcburi köçkünlərin vahid aylıq müavinət qaydası təsdiq olundu

Xatırlatma

Prezident İlham Əliyev yanvarın 23-də «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında» fərman imzalayıb. Həmin sənədə əsasən, məcburi köçkünlərə, onlara bərabər tutulan şəxslərə yemək xərci müavinəti, kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər dayandırılır.

Bunun əvəzinə onlara hər ay 36 manat məbləğində vahid aylıq müavinət veriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG