Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:48

Dünyanın ən zəngin adamı indi odur


Jeff Bezos (Arxiv)
Jeff Bezos (Arxiv)

"Amazon" şirkətinin rəhbəri Jeff Bezos dünyanın ən zəngin adamıdır.

Oktyabrın 27-də Amazon-un səhmləri 13,5 faiz bahalaşıb.

CNN yazır ki, bu sıçrayış şirkətin gəlirləri ilə bağlı son məlumat açıqlanandan sonra baş verib.

Məlum olub ki, Amazon-un gəliri son 3 ayda 250 milyon dolları keçib.

Bezos şirkətin 80 milyon səhminin sahibidir.

Beləcə, o, səhmlərin qiymətinin bircə günün içində qalxmasından 10 milyard dollar qazanıb və onun sərvəti 90 milyard dollara qalxıb.

Bezos indiyəcən dünyanın ən zəngin adamı sayılan Bill Gates-i ötərək dünyanın ən zəngin insanı olub.

Buna da bax: Problemli kreditlərin siyahısı hələ də açıqlanmayıb, amma...

Amma Gates-in də gəlirlərində ciddi artım var.

Onun Microsoft şirkətinin səhmləri 7 faiz bahalaşıb.

Gates şirkətin 103 milyon səhminin sahibidir.

Bu artımdan o 600 milyon dollar qazanıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG