Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 05:31

Azərbaycan Ordusu doğrudanmı ən güclü ordulardan biridir? [video]


Regionun güclü ordusu kimdədir?
Gözlə

No media source currently available

0:00 0:14:52 0:00

Regionun güclü ordusu kimdədir? [A-Live]

İyunun 26-ı Azərbaycanda Silahlı Qüvvələr Günüdür.

Ordu günü ərəfəsində prezident İlham Əliyev deyib ki, aparıcı reytinq agentliklərinə görə, Azərbaycan Ordusu 50 ən güclü ordu sırasındadır:

“Büdcəmizin ən böyük xərcləri hərbi xərclərdir. Bu da təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq. Son illər ərzində ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində çox böyük işlər görülmüşdür. Həm yerli istehsal, həm də xaricdən gətirilən hərbi texnika hesabına biz bu gün təminat baxımından ən yüksək səviyyədəyik”.

Buna da bax: Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə medal

Amma ordunun durumu barədə tənqidlər də az deyil. 1993-1995-ci illərdə Müdafiə Nazirinin müavini olmuş, hazırda Norveçdə yaşayan polkovnik İsa Sadıqov deyir ki, çoxlu silah sursat güclü ordunu şərtləndirə bilməz. Onun fikrincə, əsl güclü ordu çağırışçılar deyil, peşəkarlardan formalaşdırılan ordudur:

Buna da bax: Cəbhədə nə baş verir? [video]

"Biz uzun illər ərzində o qədər imkanlar ola-ola, professional orduya keçmədik... O ağır şəraitdə, təmas xəttində 17-18 yaşında uşaqlar durur. Onlar heç bir hazırlıq keçmədən döyüş bölgələrinə göndərilir. Ordunun 70-80 faizi təmas xəttindədir. Onlar təlimlərlə məşğul olmur. Belə bir şəraitdə güclü ordudan danışmaq gülüncdür".

İsa Sadıqov
İsa Sadıqov

İsa Sadıqov deyir ki, regionun döyüş qabiliyyəti ən güclü ordusu Gürcüstandadır, çünki bu ölkə iki ildir ki, peşəkar ordu sisteminə keçib, xidmət edənlərin 70-80 faizi peşəkarlardır.

Buna da bax: Cocuq Mərcanlıya əlavə 9 milyon ayrılıb

Ehtiyatda olan ədliyyə mayoru Telman Əbilov da, prezidentin, “Azərbaycan Ordusu dünyanın ən güclü ordularından biridir”, fikri ilə razılaşmır, deyir ki, dünyanın qüdrətli orduları inkişaf etmiş Qərb ölkələrindədir. Amma Azərbaycan Ordusu, özü ilə eyni yolu keçmiş ölkələrlə müqayisədə güclü sayıla bilər.

Telman Əbilov
Telman Əbilov

Telman Əbilov deyir ki, ordunun gücü beynəlxalq səviyyədə ölçüləndə siyasi hakimiyyətlərin mahiyyəti, orduda insan haqlarının durumu nəzərə alınmır.

Buna da bax: Azərbaycanla Ermənistanda adambaşına müdafiə xərcləri eynidir

Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl deyir ki, ictimai təşkilatlar orduya ayrılan vəsaitin necə xərclənməsinə nəzarət edə bilmirlər, büdcədən silahların alınmasına ayrılan pulun necə xərclənməsi şübhələr doğurur.

İlham İsmayıl
İlham İsmayıl

Buna da bax: Azərbaycan və Ermənistan orduları - müqayisə [infoqrafika]

Azərbaycan rəsmiləri isə adətən orduya tənqidlərlə razılaşmırlar. Onlar xüsusilə 2016-cı ilin aprelində Ermənistan qüvvələri ilə bir neçə günlük toqquşmada Azərbaycan ordusunun gücünü sınadığını, işğal altında olan bəzi əraziləri azad etdiyini vurğulayırlar.

Buna da bax: Azərbaycan və Ermənistan orduları: kim necə silahlanıb? [infoqrafika]

Son 2 ildə Azərbaycan dünyada hərbi xərcləri azaldan ölkələr içində 3-cü yerdə qərarlaşıb. Hərbi xərcləmələr 36 faiz azalıb. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun aprelin 24-də açıqladığı hesabatda belə deyilir. Hesabat 2016-cı il üzrə dünyada hərbi xərclərdəki tendensiyalarla bağlıdir.

Buna da bax: Azərbaycan və Ermənistan ordularının daha bir müqayisəsi

Bakıdakı ekspertlər hesab edir ki, neft gəlirləri azaldıqca, Azərbaycan hökuməti də silah sursatın alınmasına ayırdığı vəsaiti azaltmaq məcburiyyətində qalacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG