Keçid linkləri

2017, 21 Oktyabr, şənbə, Bakı vaxtı 18:02

Cocuq Mərcanlıya əlavə 9 milyon ayrılıb


İlham Əliyev Cocuq Mərcanlıda. 14iyun2017

Prezident İlham Əliyev iyunun 15-də “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, Ermənistan silahlı birləşmələrinin işğalından azad edildikdən sonra sakinlərin öz doğma yurdlarına qayıtmasından ötrü Cocuq Mərcanlıda əsaslı yenidənqurma və bərpa işlərinə başlanıb.

Buna da bax:​ İlham Əliyev: 'AXC-Müsavat cütlüyü torpaqlarımızı qoruya bilmədi'

Məlumat verilir ki, ilkin mərhələdə 10 hektar ərazidə geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılıb. Ümumi sahəsi 3850 kvadratmetr olan 50 ev, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilib.

Sərəncama əsasən Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 9 milyon manat ayrılacaq. Kənddə 100 evin, uşaq bağçasının, həkim məntəqəsinin, digər zəruri sosial və infrastruktur obyektlərinin tikintisi nəzərdə tutulur.

Dünən, iyunun 14-ü isə prezident İlham Əliyev Cocuq Mərcanlıya səfər etmişdi.

Buna da bax:​ ANAMA Cocuq Mərcanlıda təmizlənmə işi aparıb

XATIRLATMA

Cocuq Mərcanlı kəndi 1993-cü ildə işğal olunub, 1994-cü ildə Horadiz və ətraf qəsəbələrlə birlikdə azad edilib. Ancaq uzun müddət bu kənddə yaşamaq təhlükəli sayılıb. 2016-ci il aprel döyüşlərində Azərbaycan ordusu Lələtəpə yüksəkliyini azad etdikdən sonra bu təhlükənin aradan qalxdığı açıqlanıb.

Prezident İlham Əliyev bu il yanvarın 24-də bu kəndin bərpası ilə bağlı sərəncam verib. İlkin olaraq Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə 4 milyon manat pul ayrılıb. Bundan başqa, dövlət başçısı kəndin yol çəkilişindən ötrü də 4.3 milyon manat ayırıb.

Buna da bax:​ Qarabağa 'qayıdış planı', yoxsa şou?

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Ötən il aprelin 2-dən 5-nə kimi isə cəbhədə atəşkəs ciddi şəkildə pozulub, ağır silahlar işə düşüb. Həm Azərbaycan, həm də Ermənistan canlı itkilər verib. 3 gün davam edən döyüşlərdə Azərbaycan strateji yüksəklik sayılan Lələtəpə yüksəkliyini azad edib. Daha sonra Moskvada döyüşlərin dayandırılması ilə bağlı razılıq əldə edilib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG