Keçid linkləri

2017, 24 Avqust, Cümə axşamı, Bakı vaxtı 09:07

ANAMA Cocuq Mərcanlıda təmizlənmə işi aparıb


Foto arxiv

Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) iyunun 11-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 933 qəlpə aşkar edib. Mina və partlamamış hərbi sursat (PHS) aşkarlanmayıb.

AZƏRTAC ANAMA-ya istinadın bildirir ki, 108 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun çəkildiyi əraziyə baxış keçirilib. Nəticədə 119 min 404 qəlpə, 72 PHS , 25 ədəd 82 mm-lik minaatan mərmisinin partladıcı başlığı (M6IÇ), 2 ədəd 120 mm-lik minaatan mərmi (OF-843) və başqa sursat aşkarlanaraq zərərsizləşdirilib.

"İndiyədək aparılan əməliyyatlar nəticəsində 2 milyon 534 min 285 kvadratmetr ərazi tam təmizlənib. Həmçinin 1 milyon 394 min 40 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə işinin aparılması üçün hazırlanıb ",-deyə ANAMA-nin mılumatında qeyd olunub.

XATIRLATMA

Cocuq Mərcanlı kəndi 1993-cü ildə işğal olunub, 1994-cü ildə Horadiz və ətraf qəsəbələrlə birlikdə azad edilib.

Prezident İlham Əliyev bu ilyanvarın 24-də bu kəndin bərpası ilə bağlı sərəncam verib. İlkin olaraq Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə 4 milyon manat pul ayrılıb.Bundan başqa, dövlət başçısı kəndin yol çəkilişindən ötrü də 4.3 milyon manat ayırıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG