Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:53

Dudaev Krımın ilhaqından hələ 22 il əvvəl danışıbmış


Cövhər Dudaev
Cövhər Dudaev

“Rusiya çoxdandır ki, Qafqaz sakinlərini Rusiyanın başqa regionlarına göçürmək planı üzərində işləyir”.

Kavkazr.com saytının məlumatına görə, bunu hələ 1995-ci ildə “Vzqlyad” proqramına Çeçenistanın keçmiş prezidenti Cövhər Dudaev deyib.

Oğlu Degi Dudaevin bu günlərdə YouTube-da yerləşdirdiyi həmin videoda keçmiş Çeçenistan prezidenti Kremlin bu və digər planlarından danışır.

“Çeçenistan yalnız faktordur. Bundan sonra Qafqaz, Pribaltika və Orta Asiya gəlir. Belə planlaşdırılıb: Acariya, Abxaziya, Cənubi Osetiya, Dağlıq Qarabağ, Dağıstan və Azərbaycandan ayrılmış Ləzginistan-onların hamısı Rusiya ordusunun iştirakı ilə tam Rusiyanın yurisdiksiyasında olmalıdır”, Dudaev deyir.

Onun sözlərinə görə, bu Rusiya silahlı qüvvələri baş qərərgahının hazırladığı xəritədə göstərilir.

Dudaev müsahibəsində Krımın Rusiya tərəfindən ilhaqı və Rusiya ilə Ukrayna arasında hərbi qarşıdurmadan da danışır.

“Bundan sonra isə Krım gəlir .Çeçenistanda kampaniya bitən kimi bu ordu Krıma keçməlidir. İçkeriya işdahı bir az azaldıb, amma dayandırmayıb, Krımda hələ qırğın olacaq” Dudaev bildirib.

Qeyd

1991-ci ildə keçmiş SSRİ dağılandan sonra Çeçenistan öz müstəqilliyini elan etdi və çeçen xalqı 1991-ci ildə keçirilən seçkidə general Cövhər Dudayevi özünə prezident seçdi.

Dudaev Çeçenistanı 1996-cı ilədək idarə edib, Rusiya ordusuna qarşı silahlı mübarizəyə komandanlıq edib.

1996-cı il aprelin 21-də raket zərbəsi nəticəsində həlak olub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG