Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:13

Trump-dan İrana xəbərdarlıq


Donald Trump
Donald Trump

İyulun 25-də axşam saatlarında ABŞ prezidenti Donald Trump İrana xəbərdarlıq edib, deyib ki, Tehran dünya gücləriylə nüvə sazişinə əməl etməlidir, yoxsa «böyük, böyük problemlər»lə üzləşəcək.

Son günlər Vaşinqtonla Tehran bir-birinə yüksək səviyyədə xəbərdarlıq edir. ABŞ donanması iyulun 25-də bildirib ki, Fars Körfəzində İran gəmisinə xəbərdarlıq atəşləri açıb.

Trump ötən həftə İranın 2015-ci ildə imzalanmış nüvə razılaşmasına əməl etməsinə şəhadət vermişdi. Həmin razılaşma Tehranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində beynəlxalq sanksiyaların qaldırılmasını nəzərdə tuturdu.

***Buna da bax-İran: Trump administrasiyası 'atmosferi zəhərləyir'

«DAHA DA CƏSARƏTLƏNDİLƏR»

Ancaq Trump Ohayo ştatında minlərlə tərəfdarı qarşısında çıxışında söyləyib ki, Tehrandan narahatdır.

«Həmin razılaşma lazımınca yerinə yetirilməsə, onlara böyük, böyük problemlər yaranacaq. Bunu sizə deyə bilərəm. Mənə inanın», – o vurğulayıb.

Trump-ın sözlərinə görə, sanksiyaların yüngülləşdirilməsinə görə minnətdar olmaq əvəzinə, İran daha da aqressivləşib.

«Düşünürdünüz ki, «Birləşmiş Ştatlar, çox sağ ol. Sizi doğrudan da çox sevirik» deyəcəklər. Ancaq daha da cəsarətləndilər. Bu, daha baş verməyəcək», – Trump deyib.

***Buna da bax-ABŞ İranı böyük terror hədəsi hesab edir

Trump iyulun 25-də «The Wall Street Journal»da dərc olunmuş müsahibəsində bildirib ki, üç aydan sonra yenidən təsdiq zamanı gəlincə, İranın nüvə razılaşmasına əməl etdiyi üzə çıxarsa, buna təəccüblənər.

İRAN DA CAVABINI VERİR

ABŞ prezidenti istər seçki kampaniyası dövründə, istərsə də vəzifəyə keçəndən İrana qarşı sərt ritorikanı dəyişməyib. Son vaxtlar Tehrandan da kəskin cavablar eşidilir.

Ötən həftə İran İnqilab Keşikçiləri Qvardiyasının komandirlərindən biri xəbərdarlıq edib ki, ABŞ Fars Körfəzi regionundan hərbi bazalarını çıxarmalı, qüvvələrini İranın min kilometrliyində saxlamalıdır.

Mohammad Ali Jafari deyib ki, Birləşmiş Ştatlar regionda hər hansı yanlış yanaşmanın «yüksək bədəlini» ödəməli olacaq.

İyulun 25-də ABŞ ordusu bildirib ki, ABŞ donanmasının patrul gəmisi İranın patrul gəmilərindən birinə xəbərdarlıq atəşi açıb, çünki o, beynəlxalq sularda təlim zamanı Amerika hərbi gəmisinə çox yaxınlaşıb.

XS
SM
MD
LG