Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:45

ABŞ İranı böyük terror hədəsi hesab edir


Hizbullahın lideri Seyid Həsən Nəsrullah
Hizbullahın lideri Seyid Həsən Nəsrullah

Birləşmiş Ştatların Dövlət Departamentinin hesabatında deyilir ki, İran 2016-cı ildə də “terrorizmin ən böyük sponsoru” olaraq qalıb.

İyulun 19-da açıqlanmış hesabatda bildirilir ki, İslam Dövləti adlandırılan təşkilat İraq və Suriyada böyük itkilər verib.

Bununla belə qeyd edilir ki, öz ölkələrinə qayıdan İŞİD döyüşçüləri Mərkəzi Asiya və Balkanlarda təhlükə təşkil edə bilərlər.

Ölkəbəölkə terrorizmə həsr edilmiş hesabat 2004-cü ildən hər il dərc olunur.

Təhlilçilər bildirirlər ki, Dövlət Departamentinin hesabatında İranın hədəflənməsi Tehranla Vaşinqton arasında münasibətlərin gərgin vaxtına təsadüf edib.

İran terrorizmə dəstək verdiyi barədə bütün ittihamları rədd edir.

ABŞ Dövlət Departamentinin bəyanatında söhbət ilk növbədə İranın dəstəklədiyi Hizbullah kimi qruplaşmalardan gedir. Sənəddə qeyd olunur ki, bu qruplaşmalar ABŞ və onun müttəfiqlərinin maraqları üçün təhlkükədir.

Hesabatda deyilir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu və onun nəzarətində olan qruplaşmalar regionda sabitsizləşdirici qüvvə kimi fəaliyyət göstərir.

Lakin digər tərəfdən hesabat sünnilərin rəhbərlik etdiyi İŞİD-in səkkiz tanınmış qruplaşmasını “qlobal təhlükəsizliyə ən böyük hədə” adlandırır.

Sənəddə bildirilir ki, İŞİD İraqda və Suriyada nəzarət etdiyi ərazilərin 25 faizindən çıxarılıb.

Bu da qeyd olunur ki, sərhədlərin möhkəmləndilirilməsi nəticəsində İŞİD öz qüvvələrini saxlaya bilməyib.

Bununla belə hesabatda İŞİD-in böyük qlobal təhlükə olaraq qaldığı xüsusi vurğulanır.

Hesabatda deyilir ki, evlərinə qayıdan cihadçılar həmin ölkələr üçün təhlükəsizlik hədəsi təşkil edirlər.

Məsələn İraq və Suryada İŞİD-in sıralarında döyüşən 1000 tacik cihadçı qeydə alınıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG