Türkiyədə qeyri-adi idman növü üzrə yarış keçirilir - dəvə döyüşləri. Bu türk ənənəsinin 2400 ildən çox yaşı var və hazırda Türkiyənin bəzi rayonlarında, əsasən Egey regionunda yaşayır. Ən böyük turnir İzmir yaxınlığındakı Selçuk şəhərində keçirilir.
Dəvə döyüşdürmə: Qədim türk ənənəsi, yoxsa heyvanlara qarşı zorakılıq?
1
Döyüşlər yalnız qışda, dəvələrin cütləşdiyi dövrdə keçirilir. Bu zaman erkək dəvələr özlərini daha aqressiv aparırlar.
2
Dəvələr döyüş meydanına 10 yaşına çatandan sonra çıxırlar və döyüş "karyeraları" təxminən 10 il davam edir.
3
Döyüşün əvvəlində iki erkək dəvənin qarşısından bir dişi dəvə keçirirlər ki, onlar aqressivləşsinlər.
4
Döyüş dəvələrinin hamısı xüsusi hazırlıq keçirlər və müxtəlif fəndlər öyrənirlər,.
Facebook forumu