Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:47

Deputat: 'Palata bu prosesi apara bilmədi'


V.Əhmədov
V.Əhmədov

«Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) əsas vəzifəsi 2015-ci ildəki devalvasiyalardan (manat dollar qarşısında iki dəfə dəyər itirib-R) sonra bank sistemində sağlamlaşdırma prosesini aparmaq idi, amma bu baş vermədi».

Milli Məclisin Sahibkarlıq, sənaye və iqtisadiyyat komitəsinin üzvü, deputat Vahid Əhmədov MBNP Direktorlar Şurasının ləğvi barədə prezidentin bu günlər verdiyi sərəncamını belə şərh edib.

V.Əhmədov hesab edir ki, qərar düzgün verilib: «Mən də, həmkarım Əli Məsimli də Palatanın işini qaydasında olmaması barədə hələ təqribən 6 ay öncə fikrimizi bildirmişdik. Bu qurumda proseslərin istənilən qaydada olmaması barədə parlamentdə danışmışdıq».

V.Əhmədov deyib ki, amma bu sərəncamın verilməsindən 6 ay əvvəl artıq qurumun Direktorlar Şurası prosesdən kənarda idi. Onun vurğulamasına görə, işləri faktiki olaraq İdarə Heyətinin sədri İbrahim Alışov aparıb: «Bank kreditləri ilə bağlı bizlərə müraciət çox olur deyə, biz də bu şəxslə müntəzəm əlaqədə idik. Sorğulara cavab verilir, kreditlərlə bağlı bəzi məsələlərə aydınlıq gətirilirdi».

Banklara etibar edirsinizmi? [video-sorğu]
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

V.Əhmədov deyib ki, yeni heyətin ölkənin bank sisteminin sağlamlaşdırılmasına və problemli kreditlər məsələsinə aydınlıq gətirəcəyinə inanır.

Deputat oxşar fikirləri bu gün, oktyabrın 8-də Milli Məclisin komitə iclasında da səsləndirib.

Onun bu fikirlərinə MBNP-nin keçmiş Direktorlar Şurasının sədri Rüfət Aslanlıdan münasibət almaq mümkün olmayıb.

Prezident İlham Əliyev oktyabrın 4-də MBNP-in fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmanla həmçinin, MBNP-nin nizamnaməsi təsdiq edilib. Bu nizamnamə ilə Palatanın idarə edilməsinin əsaslarına dəyişikliklər edilib. Həmin vaxta kimi Palatanın əsas idarəedici qurumu Direktorlar Şurası idi. Yeni nizamnaməyə görə, MBNP-nin idarəetmə orqanı İdarə Heyəti sayılır.

Xatırlatma

Prezident İ.Əliyev 2016-cı il fevralın 3-də Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması barədə fərman verib. Həmin fərmanla Mərkəzi Bank yanındakı Maliyyə Monitorinqi Xidmətinin bütün funksiyaları Palataya keçmişdi.

MBNP ilk yaradıldığında ikisəviyyəli idarəetmə strukturundan - Direktorlar Şurası və İdarə Heyətindən ibarət idi. Ali idarəetmə orqanı olan Direktorlar Şurasını ölkə başçısı formalaşdırmışdı. Cari əməliyyat idarəetməsini isə İdarə Heyəti həyata keçirirdi.

Palata büdcədən yox, tənzimlənən subyektlərin ödədikləri haqlar hesabına maliyyələşirdi. MBNP Azərbaycanda yaradılan ilk publik hüquqi şəxsdir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG