Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:29

‘Demokratiyadan məyusluq’ bütün dünyada rekord səviyyədə artıb


Londondakı iqlim etirazlarından biri
Londondakı iqlim etirazlarından biri

Britaniyadakı Kembric Universiteti ekspertlərinin gəldiyi nəticəyə görə dünya boyunca son 25 ildə demokratiyadan məyusluq ən yüksık həddinə çatıb.

BBC Kembric Universiteti ekspertlərinə istinadən bildirir ki, bu nəticə 4 milyon adam arasında aparılmış 3500 sorğudan əldə olunub.

Bu da bildirilir ki, demokratiyadan ən böyük məyusluq Britaniya və ABŞ-da qeydə alınıb.

Tədqiqatı aparan qrupun rəhbəri Roberto Fao deyib ki, “dünya boyunca demokratiya xəstə vəziyyətdədir”.

Kembric Universiteti Demokratiyanın Gələcəyi Mərkəzinin araşdırması 1995-2019-cu illəri əhatə edir və bildirilir ki, bu müddət ərzində demokratiyadan məyusluq 48 faizdən 58 faizə yüksəlib.

Bu rekord göstərici hesab olunur.

Kommunizmin çöküşü

154 ölkədə aparılmış bu sorğu zamanı adamlardan onların öz ölkələrindəki demokratiyadan razı olub-olmadıqları soruşulub.

Bundan əvvəl aparılmış sorğularda demokratiyadan razılıq ötən əsrin 1970-ci illərindən bəri yüksəlişdə idi.

Bu, Şərqi və Mərkəzi Avropada kommunist rejimlərinin və ən başlıcası SSRİ-nin çöküşünün baş verdiyi dövr idi.

Həmin dövrdə Qərb demokratiyasına rəğbət çox güclü idi.

Lakin son on ildə bu meyl tamamilə əks istiqamətə yönəlib. Demokratiyadan razılığın yerini, getdikcə daha çox narazılıq tutur.

Ekspertlər bildirirlər ki, dünya boyunca populizmin yüksəlişi bu meylin nəticəsi yox, simptomudur.

Demokratiyaya inam ABŞ və Britaniyada sarsılıb

Britaniyada ötən əsrin 1970-ci illərindən bəri 30 il yüksəlişdə olan demokratiyaya inam 2005-ci ildən sonra ən aşağı həddinə enib.

Son illərdə Britaniyanın Avropa İttifaqından ayrılması ilə bağlı demokratiyaya olan inam daha da tənəzzülə uğrayıb.

1995-ci ildə Britaniyada demokratiyadan məyus olanlar 47 faiz idi.

2005-ci ildə bu göstərici ən aşağı həddinə - 33 faizə enmişdi.

2019-cu ildə isə Britaniyada demokratiyadan məyusluq rekord 61 faiz həddinə yüksəlib.

ABŞ-da isə demokraiyadan məmnunluq 1995-2005-ci illər arasında 75 faiz idi. Hazırda bu rəqəm 50 faizə enib.

Bu da bildirilir ki, Danimarka, İsveçrə, Norveç və Niderlandda demokratiyaya inam yüksəlişdədəir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG