Keçid linkləri

Təcili xəbərlər
2019, 07 Dekabr, şənbə, Bakı vaxtı 02:45

Dəm qazından zəhərlənmə mövsümü 


İnfoqrafika

Azərbaycana hələ qış gəlməyib, amma dəm qazının ölkənin hər tərəfində can alması, zəhərlənmələrə səbəb olması kimi xəbərlər yayılmaqdadır.

Hər il qış aylarında bu haqda nə qədər danışılsa da, mənzərə dəyişmir.

Nazirlikdən tövsiyyə

Noyabrın 27-də Fövqəladə Hallar Nazirliyi (FHN) dəm qazı təhlükəsiylə bağlı əhaliyə müraciət edib.

Nazirlik bildirir ki, qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydaları pozulur, bu da dəm qazı təhlükəsi yaradır.

FHN ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün bildirir ki, qaz cihazı saz və standartlara uyğun olmalı, cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı, havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı, hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı, tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.

Ölüm və boğulmaları yaradan səbəblər

Nüsrət Qasımov, mart 2014
Nüsrət Qasımov, mart 2014

Azad İstehlakçılar Birliyinin eksperti, “Azəriqaz” İstehsalat Birliyində uzun müddət məsul vəzifə daşımış Nüsrət Qasımov-un sözlərinə görə, dəm qazı təhlükəsinin yaranma səbəbləri çoxdur, amma əsas səbəb məsuliyyətsilzik, özbaşınalıq, təhlükəsizlik qaydalarına məhəl qoyulmamasıdır.

“İkinci səbəb odur ki, istismar müddəti 20 il olan dördgöz qaz sobaları, 10 il olan qızdırıcılar istismar müddətindən artıq işlədilir. Əhalinin kasıb olması yeni cihazlar almağa imkan vermir. İstismar müddəti çoxdan başa çatmış cihazları haradansa tapıb əl gəzdirərək yenidən qaz xətlərinə qoşaraq istifadə edirlər. Bu isə dəm qazı boğulmalarına səbəb olur. Bu boğulmaların demək olar ki, hamısı kasıb əhali arasında qeydə alınır”.

N.Qasımov hesab edir ki, daha bir səbəb cihazlara uzun müddət profilaktik xidmətin göstərilməməsidir.

Ekspert səbəblərin bununla bitmədiyini söyləyir. Onun sözlərinə görə, qaz sobasının harada gəldi quraşdırılması, yararsız cihazı rezin və s. vasitələrlə xəttə qoşmaq, havalandırma sisteminin, elektrik mənbəyinin bəlli olmaması da təhlükəlidir:

“Qaz sobalarını quraşdırmaq üçün otağın hündürlüyü 2 metr 20 sm-dən az olmamalıdır, həcmi isə 15 kubmetr olmalıdır. Hamamda havalandırma sisteminə xüsusi diqqət verilməlidir. Üstəlik tüstü bacası da düzgün işləməlidir, belə olmadıqda dəm qazı hamam otağına dolur, orqanizmdən asılı olaraq 7 dəqiqə yarım saat ərzində ölüm baş verir”.

Tüstü bacalarının taleyi

Tüstü bacası, arxiv foto
Tüstü bacası, arxiv foto

N.Qasımov tüstü bacalarının təmizlənməməsini də ayrıca qeyd edir. Onun sözlərinə görə, vaxtilə evlər Mənzil Kommunal İdarələrinin tərkibində olanda tüstü bacaları təmizlənirdi, ondan əlavə Daxili İşlər Nazrilyində Yanğından Könüllü Müdafiə Cəmiyyəti rübdə bir dəfə tüstü bacalarının vəziyyətini, elektirk naqillərini, havalandırma sistemini yoxlayırdı.

“Tüstü bacalarının təmizlənməsinə nəzarət 2016-cı ildən Fövqəladə Hallar Nazirliyinə tabedir. Odur ki, nazirlik tüstü bacalarındakı vəziyyəti yoxlamalı, bundan sonra həmin binaya və ya mənzilə qaz verilib verilməməsi barədə qərar qəbul etməlidir. “Azəriqaz” ancaq sayğaclara qədər qaz məsələsinə cavabdehdir. Mənzillərə verilən qaz və qazdan təhlükəsizlik məsələsinə cavabdehlik isə FHN-in nəzarətindədir. Amma heç kim nəzarət etmir”, - ekspert bildirir.

AzadlıqRadiosu ekspertin bu iddiasına rəsmi qurumlardan münasibət ala bilməyib.

N.Qasımov hər mövsüm təkrarlanan qazdan boğulma və zəhərlənmələri sadaladığı səbəblərdə görür. O, qazın tərkibinin zəhərli olması haqda iddiaları isə absurd sayır:

Keçən ilki ölüm və boğulmalar

Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasının hesabat və statistika şöbəsinin məlumatına görə 2018-ci ildə paytaxtda 487 kişi, 586 qadın, 150 azyaşlı uşaq dəm qazından zəhərlənib. Zəhərlənmə dioqnozu ilə stansiyaya müraciət edənlərdən 16 nəfəri vəfat edib.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG