Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 21:43

'İZ': 28 yaşında siyasi mühacir oldu


Ceyhun bəy Hacıbəyli

3 fevral Azərbaycan mühacirət tarixinin ən gənc nümayəndəsi Ceyhun bəy Hacıbəylinin doğum günüdür.

1891-ci ildə Şuşada doğulan Ceyhun bəy XX əsrin əvvəllərində qardaşı Üzeyir bəylə birlikdə Bakıya gələrək neft Bakısının mədəni həyatına qatılıb.

“Leyli və Məcnun” operasının yaranmasında və tamaşaya qoyulmasında qardaşına əvəzsiz yardım göstərib.

Əvvəlcə Peterburq universitetinin hüquq fakültəsində, sonra Parisdə-Sorbon universitetində təhsil alıb.

Buna da bax:​ Üzeyir Hacıbəyovun sevdiyi qadın və xidmət etdiyi iki hökumət arasında keçən həyatı

“Kaspi", "Proqress", "Bakı", "Azərbaycan" və başqa qəzetlərdə yüzlərlə publisistik məqalə, hekayə dərc etdirib, "Известия", "İttihat" və "Азербайджан" qəzetlərinin redaktoru olub.

Azərbaycan Cümhuriyyəti qurulanda, Ceyhun bəyin cəmi 27 yaşı vardı.

1919-cu ildə Parisə yollanan Azərbaycan nümayəndə heyətinin tərkibində fransız dilini gözəl bilən Ceyhun Hacıbəyli də vardı.

Təəssüf ki, bu, son gediş oldu və Ceyhun Hacıbəyli bir daha nə doğma Şuşanı, nə sevimli Bakını, nə də əziz qardaşını görə bildi və… beləcə, bütün ömrünü Parisdə yaşamağa məcbur qaldı.

Buna da bax: 'Leyli və Məcnun' bu günlərdə doğulub! [anons]

Amma Azərbaycan davasını sürdürdü.

Parisdə çıxan jurnallarda çıxış etdi. Vətənin işğalda olmasıyla bağlı haray qopardı.

“Şimaldan gələn qara dalğa torpağımızı silib süpürdü. Nəcib Azərbaycan – türk milləti yabançı bir düşmən əlinə keçdi” - dedi.

Avropada Azərbaycan mühacirət mətbuatının yaranmasında əvəzsiz xidmətlər göstərdi.

“AzadlıqRadiosu”nun yaranmasında (1953, mart) iştirak etdi.

Buna da bax:​ "İlk Azərbaycan operası necə yaranmışdı" - Ceyhun Hacıbəylinin xatirələrindən

Fransa Xarici İşlər Nazirliyində çalışdı. Kitablar yazdı.

Hətta ömrünün sonlarına yaxın ilk Azərbaycan operasının necə yaranmasıyla bağlı xatirələrini qələmə aldı…

Və Vətəni görmədən 1962-ci ildə dünyadan köçdü…

- Ceyhun bəy 71 illik ömründə nələri gerçəkləşdirib, nələri gerçəkləşdirə bilmədi?
- Mühacir həyatı boyunca Bakıda yaşayan şöhrətli qardaşıyla əlaqələr yarada bildimi?
- 1948-ci ildə Üzeyir bəyin ölümündən necə xəbər tutdu?

Buna da bax:​ Ceyhun Hacıbəylinin 'Qürbətdən gələn səslər”i “eşidildi'

AzadlıqRadiosu-nun “İZ” proqramı bu həftə efirə gedəcək sayını Azərbaycan siyasi mühacirətinin ən gənc üzvü Ceyhun bəy Hacıbəylinin şərəfli ömür tarixçəsinə həsr edib.

Bazar günü saat 23-də “İz”ə düşün, “İz”dən çıxmayın.

Ceyhun Hacıbəyli - "İz" proqramı
Gözlə

No media source currently available

0:00 0:29:59 0:00
Direct-ə keçid

Günün bütün mövzuları

XS
SM
MD
LG