Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:22

'Leyli və Məcnun' bu günlərdə doğulub! [anons]


"Leyli və Məcnun" operasının ilk afişası, 1908
"Leyli və Məcnun" operasının ilk afişası, 1908

“Ayın tarixi də yadımdan çıxıb, hansı mövsüm olması da, amma 1908-ci il olduğu xatirimdədir. Üzeyir dirijor çubuğunu qaldırdı və maraqdan gərilərək Tağıyev Teatrını ağzınacan dolduran seyrçilərin intizarla gözlədiyi tamaşa başlandı. Adətən, teatrda səs-küyündən qulaq tutulan seyrçilər bütün tamaşa boyu sanki nəfəs çəkmədilər, hətta əl çalmağa cürətləri çatmadı. Ara-sıra, həddən artıq sentimental seyrçilərin göz yaşları, bir də Leylinin atası qızını Məcnuna verməkdən boyun qaçıran zaman həyəcan dalğalanmaları hiss olundu. Amma tamaşa bitəndə, alqış tufanı qopdu və həmin vaxtacan özünü saxlayan seyrçilər bu görünməyən tamaşadan aldıqları ləzzəti və razılığı dilə gətirdilər.

İlk Azərbaycan operasının son dərəcə həvəskar quruluşda təqdimatı böylə başladı və böylə bitdi...”.

Bu sətirləri Ceyhun bəy Hacıbəyli ilk Azərbaycan operası “Leyli və Məcnun”un yaranmasından yarım əsr ötəndən sonra mühacirət həyatı yaşadığı Parisdə yazıb...

Buna da bax:​ "İlk Azərbaycan operası necə yaranmışdı" - Ceyhun Hacıbəylinin xatirələrindən

“İSLAMİYYƏ” OTELİNƏ HƏLƏ DƏ LÖVHƏ VURULMAYIB

Şuşalı iki qardaş - Üzeyirlə Ceyhun operanın yazılmasına 1907-ci ilin yazından başlayıblar.

Qardaşların yaşadığı “İslamiyyə” otelində. Bu otel Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi) ilə Nizami küçəsinin kəsişməsində yerləşirdi. Şəhərə gələn Hacıbəylilər evləri olmadığından, burada yaşamağa məcbur qalıblar (Nə yazıq ki ilk operamızın yazıldığı yerdə hələ də bir lövhə asılmayıb).

İfaçıların sayı artdıqca, otel darlıq edir və məşq üçün başqa məkan seçilib.

Buna da bax: 'Leyli və Məcnun' ABŞ-da yeni versiyada...

İLK OPERANIN YAZILMASINDA ƏN ÇOX PAYI OLAN BİRİ DƏ VAR

Ceyhun bəy bu tamaşanın yaranmasında qardaşı Üzeyirlə bərabər çox əziyyətlər çəkib.

Xatirələrində bunları birər-birər yazır.

Təsadüfi deyil ki, ilk tamaşanın afişasında müəllif kimi iki qardaşın adı yazılıb.

Amma operayla bağlı yazdığı xatiratda Ceyhun bəy alicənablıq edərək dərhal qardaşının payını özünə verir: “İşin, demək olar, bütün ağırlığı Üzeyirin çiyinlərinə düşmüşdü. O, son ana qədər bütün çətinliklərə yorulmadan sinə gərmiş, bütün məşqləri aparmışdı”.

Buna da bax:​ Üzeyir Hacıbəyovun özü qədər tanınmamış, yazıçı, jurnalist, musiqiçi qardaşı

'Leyli və Məcnun' operası. 1910.
'Leyli və Məcnun' operası. 1910.

“AYIN TARİXİ DƏ YADIMDAN ÇIXIB...”

Ceyhun bəy Fransaya 28 yaşında gedib və ölənədək orada yaşamağa məcbur qalıb. Odur ki, onun ”ayın tarixi də yadımdan çıxıb, hansı mövsüm olması da” sözləri tam təbii və anlaşılandır...

Amma bu tarix bizlərin yadından çıxa bilərmi?

Hər gələn yeni il qarğaşasından sonra bizlər yanvarın 12-ni (yeni təqvimlə 25 yanvar) əziz bir gün kimi xatırlamırıqmı?

AzadlıqRadiosu-nun “İZ” proqramı bu həftə qızıl arxivindən “Leyli və Məcnun”a həsr olunmuş verilişini təqdim edir.

'Leyli və Məcnun' bu günlərdə doğulub! [anons]
Gözlə

No media source currently available

0:00 0:29:56 0:00
Direct-ə keçid

Yanvarın 15-də saat 23-də.

Bu “İz” i itirməyin.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG