Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:26

'Tezliklə Çeçenistanda ... heç kim qalmayacaq'


Çeçenistandan qaçıb başqa ölkəyə sığınmış çeçen (işgəncə izləri görünür).
Çeçenistandan qaçıb başqa ölkəyə sığınmış çeçen (işgəncə izləri görünür).

Bu yaxınlarda Moskvada “Amnesty International” insan haqları təşkilatının illik hesabatının təqdimatı keçirilib.

Rusiyaya həsr olunmuş fəsildə hüquq müdafiəçiləri bildirirlər ki, Şimali Qafqazda, əvvəlki kimi, xüsusi əməliyyatlar zamanı insan hüquqları problemi kəskin şəkildə qalmaqdadır. Qeyd edilir ki, hakimiyyətlə qanunsuz bandaların qarşıdurması mövzusuyla məşğul olmaq indi daha təhlükəlidir. Xüsusilə də Çeçenistan Respublikasında. Sənəddə deyilir ki, Çeçenistan rəhbərliyini tənqid edənlər "qeyri-dövlət subyektlərinin" hücumlarına məruz qalıblar, onlara cinayət işləri qaldırılıb. Regiondakı durumu işıqlandıran hüquq müdafiəçiləri isə qeyri-dövlət subyektlərinin təqiblərinə məruz qalıblar».

Buna da bax:​ Kadyrov sonuncu Buxara əmirinin taleyini yaşayacaqmı?

YERLİ SAKİNLƏRƏ DAHA ÇƏTİNDİR

“Kavkaz.Realii” portalı yazır ki, respublikanın problemlərini işıqlandırmağa çalışan yerli sakinlərin işi daha çətindir. Hesabatda “Qafqaz qovşağı” portalının jurnalisti Zhalaudi Geriyev-ə qarşı təqiblərdən söz açılır. Ötən il sentyabrın 5-də Çeçenistanın Şali rayon məhkəməsi Geriyevi qanunsuz narkotik saxlama ittihamı üzrə mühakimə edərək ona 3 il həbs cəzası verib. Məhkəmədə jurnalist cinayət işinin necə saxtalaşdırıldığını detallı danışıb.

Geriyev-in həbsindən sonra üç jurnalist Çeçenistanı tərk edib. Onlara izah edilib ki, aqibətləri həmkarları kimi ola bilər.

Təşkilatın hesabatında Çeçenistanda gedən başqa bir məhkəmə prosesi barədə də bilgi verilir. Ötən ilin mayında respublikanın ali məhkəməsi Ukrayna vətəndaşları Nikolay Karpyuk-la Stanislav Klykh-ı 22 il yarım və 20 il həbs cəzasına məhkum edib. Onlar 1994 - 1996-cı illərdə separatçıların tərəfində Çeçenistan müharibəsində iştirak etməkdə və Rusiya hərbçilərinin öldürülməsində ittiham olunurlar. Məhkəmədə Karpyuk və Klykh işgəncələrə məruz qaldıqlarını bildiriblər.

Buna da bax:​ Ramzan Kadırov Erdoğandan “qaçaq çeçenləri” istəyir

ADİ NORMA

2016-cı ilin oktyabrında Çeçenistan parlamentinin spikeri Magomed Daudov respublika ali məhkəməsinin sədri vəzifəsini icra edən Tahir Murdalov-u döyüb. Məlumatlı mənbənin bildirdiyinə görə, Daudov məhkəmə sədri kürsüsünə öz adamını "itələməyə çalışırmış”. Buna görə də Murdalov-un postu tərk etmək istəməməsindən qəzəblənib.

Peşəkar fəaliyyətinə görə ölkəni tərk etməli olmuş mənbənin sözlərinə görə, hüquq müdafiəçilərinin təqiblərə məruz qalması, hakimlərə, vəkillərə, habelə Çeçenistanda yaşayan adi insanlara təzyiqlər burada adi normaya çevrilib. O, saxta ittihamla həbs edilmiş hüquq müdafiəçisi Ruslan Kutayev-in və törətmədiyi qətlə görə mühakimə olunaraq 14,5 il həbs cəzası almış Suleyman Ediqovun işlərini xatırladıb.

Buna da bax:​ Çeçenistan parlamentinin spikeri: 'Qapın bunları!'

“HEÇ KİM QALMAYACAQ”

"Hamıya təzyiq edirlər. Əgər hakimsənsə, hakimiyyətin sevmədiyi adamları ittiham etməlisən. Vəkilsənsə, onları çox da müdafiə etməməlisən, hüquq müdafiəçisənsə, onlara tabe olmalısan, adi sakinsənsə, susub hər şeylə razılaşmalısan. Hesabatda ölkədən qovulmalar barədə heç nə görmədim, ancaq bu, çox vacibdir. İnsanlar ancaq kiminsə qohumu olduqlarına görə günahkardırlar. Bu gedişlə, tezliklə Çeçenistanda rəhbərlik və güc strukturlarından başqa, ümumiyyətlə, heç kim qalmayacaq", – deyə "Kavkaz.Realii"nin həmsöhbəti bildirib.

Həqiqətən də, Çeçenistanda qanunsuz hərbi birləşmələrin üzvlərinin qohumları repressiyalara məruz qalırlar: naməlum adamlar onların evlərini yandırır, insanların özləri isə sonradan ölkədən qovulur.

Buna da bax:​ Kadyrov çeçenlərin Suriyada döyüşdüyünü etiraf edib

2016-cı ildə Çeçenistan rəhbəri Ramzan Kadyrov-un narkotik alverçiləri ilə sərxoş sürücülərin terrorçulara bərabər olduğunu deməsindən sonra bu praktika onların da qohumlarına tətbiq olunmağa başlayıb. Noyabrın sonunda 50-dək adam Çeçenistanın Açxoy-Martan kəndindən didərgin salınıb. Onların hamısının ağır yol-nəqliyyat hadisəsi törətmiş bir şəxsin qohumları olduğu bildirilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG