Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:32

‘Cari Mora’nı yaratmağa Thomas Harris-i nə vadar edib?


"Quzuların susqunluğu" filmindən Hannibal Lecter
"Quzuların susqunluğu" filmindən Hannibal Lecter

Thomas Harris ədəbiyyat və kino tarixində ən məşhur qatil və güclü qadın qisasçı cütlüyünü yaratmış adam kimi xatırlanacaq.

Onun Hannibal Lecter və Clarice Starling silsilələrindən olan romanlarının 30 milyondan çox nüsxəsi satılıb.

Guardian yazır ki, bu ilin mayında işıq üzü görən “Cari Mora” Harrisin son 13 ildə yazdığı ilk romandır. Bu həm də 1975-ci ildən bəri Lecter haqqında olmayan ilk romandır. Bəs görəsən, yazıçını 78 yaşında özünün ən böyük uğurunun bu qədər solğun imitasiyasını yaratmağa nə sövq edib?

Cari Mora mühacir statusu qeyri-müəyyən olan gənc kolumbiyalı qaçqındır. Gözəlliyinə kölgə salan çapıqları onun uşaqlıqda əsgər olduğunu göstərir. O, bir zamanlar narkokartel bossu Pablo Escobar-a aid qorxunc villada qulluqçu işləyə biləcək qədər cəsarəti olan yeganə adamdır.

Hazırda boş olan bu ev qorxu filmlərinin tükürpədən rekvizitləri ilə doludur. Burada köhnə elektrik stulu da var, bədheybət manekenlər də, “seks mebeli” də.

Əsərin mənfi qəhrəmanı, qəddar dahi Hans-Peter Schneider deyir: “Evdəki əşyalar, qorxu filmlərinin rekvizitləri səni qorxutmur, Cari? Nə üçün? Sən onların dəyirman siçanlarının digər dəyirman siçanlarını qorxutmaq üçün xəyallar olduğunu görürsən, elə deyilmi?”

Təhlükə və qara komediya arasında daimi tarazlıq

Schneider Lecter-in bayağı, hazırcavab olmayan versiyasıdır. O, ilk vaxtlar Cari ilə Escobar-ın evinə görə maraqlanır. Çünki şayiələrə görə bu evin altında, seyfin içində kartelə aid 27 milyon dollar basdırılıb. Əksər mənfi qəhrəmanlar kimi Schneider-in də xüsusi fiziki anormallığı var: onun bədənində tük yoxdur.

Schneider-in işi qadın alveridir. O əvvəlcə qadın müştərisinin fetişinə uyğun bədən hissəsini amputasiya edir, sonra da duş qəbul edə-edə qadınların maye kremasiya maşınında əriməsinə tamaşa etməkdən həzz alır: “Qız işə yaramayanda Hans-Peter sadəcə onu maye halında unitaza buraxa bilər. Üstəlik, qrunt sularına ziyan vurmadan”.

Roman təhlükə və qara komediya arasında daimi tarazlıq halındadır. Yəni o heç vaxt bunlardan hər hansı birinə tam çatmır.

Hadisələr Schneider-in Kolumbiya cinayət sindikatı ilə rəqabəti ətrafında cərəyan edir. Həm sindikat, həm də Schneider həmin o seyfi açmağa çalışır. Bu zaman hər iki tərəfdə ölümlər baş verir, adamlar bir tərəfdən o birinə keçir. Ancaq eyni zamanda Schneider-in Cari ilə bağlı öz düşüncələri də var.

Bununla yanaşı, kitabda nə zamansa mövcud olmuş başqa bir maraqlı hekayənin ruhu da dolaşır. Çox nadir hallarda müsahibə verən, ancaq müsahibələrində son dərəcə nəzakətli olan Harris bu yaxınlarda kitabdakı hadisələrin onun vətəni Mayamidə cərəyan etdiyini deyib.

Yazıçı bunu yeni həyat axtarışında bu şəhərə gələn mühacir və qaçqınların həyatı haqda yazmaq istəyi ilə izah edib.

Kitabda Cari-nin Farc-dakı (Kolumbiya İnqilabçı Silahlı Qüvvələri) illəri yada saldığı hissə var. Bu fəsillər qısa da olsa, kitaba canlılıq və əminlik qatır. Komikssayağı qanqsterlərlə dolu olan romanın qalan hissəsi bu işin öhdəsindən gələ bilmir. Harris 12 yaşlı Cari ilə inqilabçıların girov götürdüyü yaşlı professor arasındakı dostluğu xüsusi zərifliklə təsvir edir. Cari-nin ilk dəfə iki uşağın edamını gördüyü an yaşadığı şoku təsvir edərkən oxucu müəllifin çox təsirləndiyini və qəzəbləndiyini hiss edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG