Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:46

Cahangir Hacıyev Ali Məhkəməyə şikayətini geri götürdü


Cahangir Hacıyev
Cahangir Hacıyev

«Azərbaycan Beynəlxalq Bankı» ASC-nin İdarə Heyətinin keçmiş sədri, 15 il azadlıqdan məhrum edilmiş Cahangir Hacıyev Ali Məhkəməyə verdiyi kassasiya şikayətini geri götürüb. Oktyabrın 12-də Ali Məhkəmədə C.Hacıyevin işinə baxan hakim İnqilab Nəsirov bu haqda məlumat verib.

C.Hacıyevlə yanaşı, onunla birlikdə mühakimə olunaraq 11 il həbs cəzası almış dostu, Bakı Fındıq Emalı Zavodunun keçmiş direktoru Azad Cavadov da Ali Məhkəməyə şikayət vermişdi.

***Buna da bax-Cahangir Hacıyevin vəkili: 'Onun cəzalandırılmasına səbəb...'

Hakim bildirib ki, həm C.Hacıyevin vəkilləri Aqil Layıcov və Fəxrəddin Mehdiyev, həm də A.Cavadovun müdafiəçisi Əli Ələkbərov Ali Məhkəməyə ərizə təqdim ediblər. Vəkillər yazır ki, əlavə sənədlər əsasında kassasiya şikayətinin yenidən hazırlanması zərurəti ortaya çıxıb, ona görə də kassasiya şikayətinin geri qaytarılmasını xahiş edirlər.

C.Hacıyev də saxlandığı 13 saylı Cəzaçəkmə Müəssisəsindən məktub göndərib. Yazıb ki, vəkillərinin mövqeyi ilə razıdır.

İnqilab Nəsirovun sədrlik etdiyi hakimlər kollegiyası şəxsin kassasiya şikayətini geri götürmək hüququ olduğunu əsas gətirərək, onun geri qaytarılması haqda qərar çıxarıb.

***Buna da bax-C.Hacıyevin bacısı: 'Yeməyi qəbul etmədilər, - Cahangir aclıq edir...'

XATIRLATMA

C.Hacıyev 2015-ci ilin dekabrında həbs olunub. Cinayət Məcəlləsinin 179 (mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunan keçmiş bankir Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.

C.Hacıyev özünü təqsirli bilmir və ittihamları qəbul etmir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG