Keçid linkləri

2024, 09 Oktyabr, çərşənbə, Bakı vaxtı 00:43

‘Bu qərar jurnalistlərin fəaliyyətini məhdudlaşdırmaqdır’


Azərbaycan, Bakıda karantin yoxlamaları, 6 aprel 2020
Azərbaycan, Bakıda karantin yoxlamaları, 6 aprel 2020

Azərbaycan Nazirlər Kabineti koronavirusla mübarizə çərçivəsində iyunun 21-dən iyulun 5-nə kimi Bakı və bir sıra yerlərdə sərt karantin rejimi tətbiq edəcək. Koronavirus pandemiyası ilə bağlı martın 24-dən isə ölkədə ümumilikdə karantin rejiminə keçilib.

Qarşıdakı iki həftədə jurnalistlər “icaze.e-gov.az” portalı vasitəsilə işə gedib-gəlmək üçün qeydiyyatdan keçməlidrlər.

“Bu məqsədli şəkildə edilib”

“Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli Azadlıq Radiosuna deyib ki, karantin ilk dövründə də jurnalistlərin sərbəstliyi çox az olub:

“Dünən ( iyunun 19-da) qəbul edilən bu qərar isə sırf jurnaistlərin fəaliyyətini məhdudlaşdırmaqdır. Görünən də budur ki, bu məqsədıli şəkildə edilib. Müəyyən qadağalar qoyublar. Fikirləşirəm ki, bu qanunsuzdur və jurnalistin fəaliyyətini məhdudlşdırmaqdıtr”.

R.Hacıbəylinin fikrincə, bu addımla həqiqətlərin xalqa çatıdırlmamasını istədiklərini nümayiş etdiriblər.

“Əgər hüquq-mühafizə orqanları sərbəst fəaliyyət göstərirsə,...”

Onun fikrincə, bir sıra peşə sahibləri kimi jurnalistlərin də fəaliyyətlərinə heç bir məhdudiyyət qoyulmamalıdır: “Əgər hüquq-mühafizə orqanları sərbəst fəaliyyət göstərirsə, jurnalist də həmin qaydada sərbəst fəaliyyət göstərməlidir.Özü də təkcə Bakıda yox. Regionlarda da gedib-gəlməli, baş verənləri cəmiyyətə çatdırmalıdırlar. Bu baxımdan hesab edirəm ki, bu qərar tamamilə qanunsuzdur”.

“Vəsiqələri varsa....”

Mətbuat Şurasının üzvü Azər Həsrət də mövzu ilə bağlı “ Turan” agentliyinə deyib ki, bu qərar yanlışıdr. Onun fikrincə də, kütləvi informasiya vasitələri əməkdaşlarının vəsiqələri varsa, bunun üçün xüsusi icazə almalı deyillər:

“Çünki, elə jurnalistlər var ki, hansısa media qurumnda təmsil olunmur, sərbəst fəaliyyət göstərir. Digər bir tərəfdən jurnalist informasiya toplamalıdır, ona görə də xüsusi icazə almağa gərək yoxdur”.

İndi informasiya almağa daha çox ehtiya var...

A.Həsrət vurğulayıb ki, cəmiyyətin doğruları, gerçəkləri anlatmaq baxımıdan indi informasiyaya xüsusi ehtiyacı var:

“Belə bir şəraitdə jurnalistlərə süni bürokratik əngəl yaratmağın mənasını anlamıram. Bu yanlış bir qərardır. Düşünürəm ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu yanlışı düzəltməlidir”.

Bu fikirlərə, hələlik,Nazirlər Kabinetindən münasibət almaq mümkün olmayıb.

Amma rəsmilər bir qayda olaraq vurğulayırlar ki, karantinin ilk dövrlərində ( onda fəaliyyət üçün jurnalist vəsiqələri kiafayət sayılırdı) bəzi işbazlar jurnalist vəsiqələrindən istifadə ediblər.Onların deməsinə görə, bu prosesdə bəzi media orqanlarının rəhbərlərinin də məsuliyyəti var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 8 milyon 783 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 463 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Azərbaycanda isə indiyə qədər 11 min 767 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 143 nəfərin vəfat etdiyi açıqlanıb.

Martın 24-dən, Azərbaycanda koronovirus pandemiyası ilə bağlı xüsusi karantin rejimi elan edilib. Dövlət əhəmiyyətli sahələr və bir sıra mühüm xidmətlər istisna olunmaqla, əksər yerlərdə fəaliyyət dayandırılıb. Aprelin 5-dən də karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunmuşdu. Həmin qaydaya görə, dövlət qurumlarında, habelə fəaliyyətinə icazə verilən ( “icaze.e-gov.az” saytında qeydiyyatdan keçməklə) bir sıra sahələrdə çalışanlardan başqaları tibbi zərurət yarananda, mağazaya, aptekə və yasa gedəndə evdən çıxa bilərdilər. Bundan ötrü onlar 8103 nömrəsinə SMS göndərib icazə almalı idilər. Amma aprelin 27-dən bəzi iş və xidmət sahələrinə qoyulan qadağa götürüldü. Mayın 4-dən bölgələrdə, 18-dən Bakı və iri şəhərlərdə SMS-lə icazə almaq qaydası da ləğv edilib, məhdudiyyətlər ümumilikdə azaldılmışdı. Mayın 31-dən isə karantin rejimi bir qədər də yumşaldılmışdı. Artıq iri ticarət mərkəzləri də fəaliyyətə başlamışdı.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halı fevralın 28-də aşkarlanıb. Son aylar virusa yoluxmada təkrar artım müşahidə edilir. Halbuki, bir müddət əvvəl yoluxma halları azalmışdı.

Bununla bağlı iyunun 6-dan 8-nə kimi Bakı, Gəncə, Lənkəran, Sumqayıt şəhərləri və Abşeron rayonunda küçəyə çıxmaq yasağı qoyulub. Ötən həftəsonu karantinin sərtləşdirildiyi yerlər bir qədər də artırılıb. Karantin dövrü bir neçə dəfə uzadılıb

XS
SM
MD
LG