Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:30

'Azı 10 bank var ki, müflis olacaq...' [video]


Azərbaycanda bu il də bağlanan banklar olacaqmı? “Fitch” Beynəlxalq Reytinq Agentliyinin əməkdaşları deyir ki, bank sektoru bu il də itki verməkdə davam edəcək.

Agentliyin ekspertləri bunu, martın 16-da Bakıda keçirilən VI illik konfransda bildiriblər.

Ekspertlər deyiblər ki, banklar yüksək dollarlaşma, valyuta uyğunsuzluğu problemi yaşayırlar. Ekspertlər həm də bildiriblər ki, milli valyutanın devalvasiyasından sonra, aktivlərin keyfiyyət zəifləyib, ölkə bankları davamlı olaraq kapital çatışmazlığı yaşayırlar.

Buna da bax:​ Fitch reytinq agentliyi büdcə kəsiri və Beynəlxalq Bank haqqında

Mərkəzi Bankın Hüquq Departamentinin keçmiş rəhbəri Əkrəm Həsənov da deyir ki, Azərbaycan banklarının bir çoxunda kapital çatışmır:

“Kapital çatışmazlığı o deməkdir ki, bankın itkiləri var, bank zərərlə işləyir, bankın verdiyi kreditlərin əksəriyyəti qayıtmır, buna görə də banklar öz növbəsində öz öhdəliklərini yerinə yetirə bilmir və ya digər müştərilərdən cəlb etdiyi vəsaitləri qaytara bilmir, de-fakto bu banklar müflisdir artıq. Əgər o banklara əlavə vəsait qoyulmasa, banklar müflis elan edilməlidir".

Əkrəm Həsənov, bank məsələləri eksperti
Əkrəm Həsənov, bank məsələləri eksperti

Əkrəm Həsənov deyir ki, azı 10 bank var ki, müflis olacaq həddə kapitalı azalıb, amma ya bunu açıqlamır, ya da sənədlərdə yanlış məlumat göstərir.

Halbuki, “Banklar haqqında” qanuna görə, maliyyə hesabatları hər rüb açıqlamalıdır.

Buna da bax: Mərkəzi Bank: 'İnflyasiya templəri azalıb'

Bankların fəaliyyətini Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirir.

Palatanın Direktorlar Şurasının sədrinin müşaviri Rüfət Abbasov deyir ki, hesabatların açıqlanmaması kimi problem yoxdur:

“Qanunvericiliyə görə minimal tələb var və hamı buna əməl etməlidir. Amma 10-a yaxın bankın müflis olması xəbəri əsassızdır. Biz tənzimləyici​ orqanıq və hal-hazırda hansısa bankın bağlanması nəzərdə tutulmayıb”.

Buna da bax:​ 'Fitch': Azərbaycanda kredit portfeli 5% azalacaq

Rüfət Abbasov
Rüfət Abbasov

Bəs hökumətin buna nəzarət mexanizmi yoxdurmu?

Əkrəm Həsənov iddia edir ki, məmurlarla bankların qeyri-rəsmi əlaqələri olduqları üçün göz yumurlar, banklara vaxt verirlər:

“Bank sahibləri öz şirkətlərinə, öz yaxınlarına kreditlər veriblər və o kreditlər də geri qayıtmayıb. Faktiki bank sahibləri pulları oğurlayıblar- öz şirkətlərinə kredit veriblər, o kreditlər də qayıtmır. 10 milyardlarla kreditlər var ki, banklar o borcalanı məhkəməyə vermir. Vətəndaş 500 manatını verməyəndə məhkəməyə də verirlər, tutdururlar, döydürürlər, söydürürlər”.

Buna da bax:​ Hökumətin hesabatı müzakirə edilir. 'Bank vətəndaşdan 21 faiz gəlir götürür'

Mərkəzi Bankın məlumatına görə isə Azərbaycanda problemli kreditlərin həcmi ötən bir illə müqayisədə 24,2 faiz artıb, 633 milyon manat olub.

Əkrəm Həsənov deyir ki, indi banklar çalışırlar ki, bu kreditləri dövlət ödəsin.

Ötən il Azərbaycanda 11 bank bağlanıb, indi ölkədə 32 bank fəaliyyətdədir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG