Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 12:31

'Fitch': Azərbaycanda kredit portfeli 5% azalacaq


Fitch Ratings

2017-ci ildə də Azərbaycan bank sektorunun itkiləri davam edəcək və bir çox bankların reytinq proqnozu neqativ olacaq. Bu barədə «Fitch» beynəlxalq reytinq agentliyinin martın 16-da Bakıda keçirilən VI illik konfransında bildirilib.

Agentliyin konfransda çıxış edən ekspertləri milli valyutanın devalvasiyası, aktivlərin keyfiyyət zəifliyi üzündən ölkə banklarının davamlı olaraq kapital çatışmazlığı yaşadıqlarını bildiriblər.

Bundan əlavə, ekspertlər ölkə banklarında yüksək dollarlaşma və valyuta uyğunsuzluğu problemi yaşandığını da vurğulayıblar.

Konfransda deyilib ki, ötən ilin sonuna ölkədə işlək olmayan aktivlərin həcmi ümumi kredit portfelinin 21%-nə çatıb: «Halbuki, bu göstərici 2015-ci ildə cəmi 12% olub. Biz xarici valyutada olan kreditlərin 2017-ci ildə də böyük təzyiq yaradacağını düşünürük».

Agentlik 2017-ci ildə kredit portfelinin 5% azalacağını proqnozlaşdırdığını bildirib.

Ekspertlərin fikrincə, aktivlərin keyfiyyətinin aşağı olması və xarici valyuta riskləri səbəbindən yaranan kapital çatışmazlığı 2017-ci ildə bir çox banklara mənfi təsir edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG