Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Sentyabr, bazar, Bakı vaxtı 11:24

'Təşəkkür edirəm'


Ban Ki-moon,14 dekabr 2016

BMT-nin baş katibi Ban Ki-moon Nyu-Yorkda ofis heyətinə və BMT-dəki daimi nümayəndələrə “təşəkkür edirəm” deyib.

Onlara müraciətində Ban Ki-moon “humanizm üçün liderlik göstərməkdə və ağır zəhmətə” görə minnətdarlığını bildirib. Əlavə edib ki, “sizə həmkarlarım adlandırmaqdan qürur” duyur.

“Dünyadakı insanlara xidmət etmək bir imtiyazdır. Sizinlə və digər tərəfdaşlarımızla birgə insanlara xidmət etmək isə şərəflidir”, - o deyib.

Ban Ki-Moon BMT-nin ofisində son iş gününü qeyd edir, o, Nyu-Yorkda “Times” meydanında keçiriləcək Yeni İl şənliyinə qatılacaq.

Ban Ki-Moon BMT-nin baş katibi kimi 2007-ci il yanvarın 1-dən işə başlayıb, 2011-ci ildə bu posta ikinci dəfə seçilib.

Onu gələn il yanvarın 1-dən portuqaliyalı António Guterres əvəzləyəcək.

XS
SM
MD
LG