Keçid linkləri

Təcili xəbərlər
2021, 12 İyun, şənbə, Bakı vaxtı 16:42

Bakının mərkəzində aksiyaya cəhd olub (Video)


Bakıda aksiya. 21 may 2021

Bu gün, mayın 21-də bir qrup insan sosial tələblərlə Bakının mərkəzində aksiyaya cəhd edib. Amma polis aksiyanın şəhər rəhbərliyi ilə razılaşdırılmadığını əsas gətirərək ona imkan verməyib.

Aksiyaya cəhd xaricdə yaşayan bloqerlərin istəyi əsasında gerçəkləşib.

Günorta saatlarında C. Cabbarlının heykəli ətrafında çoxlu polis və jurnalistlər olub. Arabir meydana yaxınlaşan vətəndaşlar jurnalistlərə üz tutublar və dərhal onları polis saxlayıb, aparıb. Onların arasında ora iki övladı ilə birlikdə gələn qadın da olub.

Amma Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Turan"a saxlananların olmadığı, sadəcə, həmin şəxslərin ərazidən kənarlaşdırıldıqları bildirilib.

XS
SM
MD
LG