Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

İŞİD liderinin son beş ildə ilk videosu yayılıb


Abu Bakr al-Baghdadi
Abu Bakr al-Baghdadi

Özünü İslam Dövləti adlandıran ekstremist qruplaşmanın lideri son beş ildə ilk dəfə olaraq yayılmış videoda görünüb.

Həm də İŞİD kimi tanınan qrupun media orqanı olan Əl-Furqanın aprelin 29-da internetə yerləşdirdiyi videoda Abu Bakr al-Baghdadi-nin pırtlaşıq, yarı ağarmış, yarı qırmızı saqqalı ilə döşəmədə oturub divara söykəndiyi görünür.

Onun əyinində qara əba var və üstündən yüngül jilet geyinib. Yaxınlığında divara söykənmiş avtomat gözə dəyir.

O danışır və üzlərinə maska taxmış üç nəfər onu dinləyir.

Videoda Baghdadi yavaş-yavaş, fasilələrlə danışır, amma bildirir ki, İŞİD öz döyüşçülərinin öldürülməsinə və həsxanalara salınmasına görə qisas alacaq.

O deyir ki, Qərblə mübarizəsi “uzundur”.

18 dəqiqəlik videonun harada çəkildiyi məlum olmur. Hazırda həm İraq, həm də ABŞ qüvvələri ekstremist lideri ələ keçirməyə çalışır.

47 yaşlı Baghdadi son dəfə 2014-cü ildə İraqın Mosul şəhərindəki Ən-Nuri məscidində xütbə oxuyarkən görünmüşdü. İŞİD cihadçıları bu şəhəri, habelə Suriya və İraqın geniş ərazilərini zəbt edə bilmişdilər.

Baghdadi həmin bu moizə vaxtı zəbt olunmuş əraziləri “xilafət” adlandırmışdı.

SITE kəşfiyyat qrupu bidlirir ki, Baghdadi bu videoda Bağuz döyüşündən danışır. Bağuz İŞİD-in Suriyadakı son istehkamı idi, lakin ABŞ tərəfindən dəstəklənən qüvvələr oranı ötən ay azad ediblər.

Videonun üstündəki çəkiliş tarixi aprel olaraq göstərilir. Lakin bu tarixin xalisliyi dəqiqləşdirilməyib.

Baghdadi həm də Şri Lankada 250 insanın həyatına son qoymuş bomba hücumlarından danışır və iddia edir ki, bu akt Bağuzun süqutuna qisas olaraq törədilib.

O deyib ki, “bu, səlibçiləri gözləyən intiqamın bir hissəsidir”.

İndiyədək bir neçə dəfə Baghdadi-nin öldürüldüyü və ya yaralandığı barədə xəbərlər yayılıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG