Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:30

'Azərsu' da vergi amnistiyasından yararlanacaq


'Azərsu' ASC

Ölkə başçısının parlamentə göndərdiyi “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanun layihəsi qəbul edilərsə, 44 min 704 vergi ödəyicisi bundan yararlanacaq.

"Turan" Agentliyinin xəbərinə görə, bunu Vergilər Nazirliyinin vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi Natiq Şirinov bildirib.

Buna da bax: 'Hökumətin birinci məqsədi büdcəni doldurmaqdır'

Həmin vergi ödəyicilərinin 1037-si dövlət sektorunda fəaliyyət göstərir. Onların arasında “Azərsu” ASC-də var.

“Azərsu” ASC-nin dekabrın 1-dək 20.8 milyon manat borcu, 2.2 milyon manat isə maliyyə sanksiyası olduğu bildirilir.

Qanunun qəbulundan yararlanacaq özəl sektor təmsilçilərinin sayı 43 667-dir.

Buna da bax:​ '30 faizi yanvarda ödəyə bilirsə, elə indi ödəyər də…'

Qanun keçərsə, 386.4 milyon manat faiz silinəcək. Həmin məbləğin 125.5 milyon manatı dövlət, 260.9 milyon manatı isə özəl sektorun payına düşür.

Bundan başqa nağd pul hesablamaları qaydalarını pozan 6 304 vergi ödəyicisinə tətbiq olunmuş 3 milyon manat maliyyə sanksiyası da silinəcək. Ümumilikdə isə 234 milyon manat maliyyə sanksiyasının silinməsi nəzərdə tutulur.

Buna da bax: Məmurlara sərf etməyən amnistiya

Natiq Şirinov ümumi vergi borclarının 1 milyard 527 milyon manat olduğunu da qeyd edib. Həmin məbləğin 904.3 milyonunu əsas vergi borcu, 237.1 milyonunu maliyyə sanksiyaları, 386.4 milyon manatını isə faizlər təşkil edir.

Qanun layihəsinə görə, hüquqi və fiziki şəxslər gələn ilin yanvarında borclarının 30, fevralda 50, mart ayında isə 70 faizini ödəsələr qalan borcdan azad ediləcəklər.

Multimedia

XS
SM
MD
LG