Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:16

Referendumun nəticələri, vergi amnistiyası, problemli kreditlər bu gün medianın aparıcı mövzularıdır.

XALQIN İRADƏSİNİN İFADƏSİ –REFERENDUM

«Azərbaycan» qəzeti «Referendumun nəticələri Azərbaycan xalqının iradəsinin parlaq ifadəsidir» sərlövhəli məqalədə 26 sentyabr referendumunun nəticələrini dəyərləndirir.

Müəllifə görə, bu referendum ölkədə yeni bir mərhələnin başlanğıcıdır: «Dövlətçilik tariximizdə çox mühüm bir hadisə olan Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçirilən referendum uğurla başa çatdı. Artıq ölkəmizin gələcək inkişafı baxımından yeni bir mərhələ başlayır. Referendum bütün parametrləri ilə Azərbaycanın tarixinə növbəti demokratik, şəffaf, ədalətli və azad siyasi hadisə kimi düşdü».

Müəllifin fikrincə, bu ümumxalq səsverməsi həm də xalqın prezident İlham Əliyevin və onun siyasi kursunun alternativsizliyini növbəti dəfə bəyan etməsidir. Məqalədə deyilir ki, bununla yanaşı, Azərbaycanın heç bir uğuruna sevinməyən dağıdıcı müxalifətin və antiazərbaycançı şəbəkənin məkrli niyyəti isə həmişəki kimi iflasa uğrayıb.

Faiq Əmirli

Faiq Əmirli

BU HƏBS SİFARİŞDİR

Azadliq.info saytındakı «Faiq Əmirlinin işində absurdlar bolluğu» sərlövhəli məqalədə «Azadlıq» qəzetinin həbsdə olan direktoru Faiq Əmirliyə qarşı ittihamın əsassızlığı tənqid edilir.

Məqalədə deyilir ki, hazırda istintaq altında olan F.Əmirlini həbs edildiyi ittihamlar üzrə yox, qəzetin fəaliyyəti, maliyyə mənbələri üzrə dindirmək istəyirlər: «Milyardların oğurlanmasına göz yumanlar «Azadlıq»ın maliyyə qaynaqlarını axtarırlar. Qanunları, hüququ, Cinayət Məcəlləsini oyuncağa çeviriblər. Ölkədə korrupsiya göz deşir, hüquqsuzluq meydan sulayır, talançılıq hər tində hiss olunur, amma hökumət qəpik-quruşun dalınca düşüb. Milyardları oğurlayanlar azad gəzir, halal zəhməti ilə yaşayanları zindana salıblar. Milyardların izinə düşən yoxdur, qəpiklərin mənbəyini axtarırlar. Bu mənada «Azadlıq» qəzetinin maliyyə direktoru Faiq Əmirlinin həbsi də «şedevr» hadisədir».

Müəllif deyir ki, öncə F.Əmirlini «gülençi» adıyla həbs edirlər, maşınına Gülen-in kitablarını qoyurlar. Sonra məlum olur ki, kitabların redaktoru, ön söz yazanı hökumət düşərgəsinin adamlarıdır.

Divar. Karikatura

Divar. Karikatura

MƏMURLARA SƏRF ETMƏYƏN AMNİSTİYA

«Exo» qəzetində «Azərbaycanda vergi amnistiyası olmayacaq» sərlövhəli məqalə oxumaq olar.

«Azərbaycanda vergi amnistiyası olmayacaq. Gəlirlərin könüllü açılması haqda uzun illərdir danışılır, amma elə hər şey əvvəlki kimidir. Aydındır ki, bu ayrı-ayrı məmurlar üçün sərfəli deyil, ona görə də qanun qəbul edilmir», -iqtisadçı -ekspert Oktay Haqverdiyev qanunun qəbul edilməməsini qəzetə belə şərh edib.

Ekspert vurğulayır ki, hakimiyyət bu qanunun qəbulu üçün siyasi iradə lazım olduğunu deyir. Prezidentin bu barədə danışması siyasi iradədir, amma bu məsələyə lazımi qədər maraq göstərən icraçılar yoxdur.

Bank

Bank

PROBLEMLİ KREDİTLƏRİN SƏBƏBİ-«SOYĞUNÇU FAİZ»

«Novoye Vremya» qəzeti isə «Yalana görə kim cavab verəcək?» sərlövhəli məqalədə dollarla kredit götürənlərin durumunu müzakirə edir.

Maliyyə naziri Samir Şərifov dollar ekvivalentində olan kredit məsələsini banklarla kredit götürənlərin problemi kimi şərh edərək, dövlətin kömək göstərməyəcəyini anladıb. Müəllifin düşüncəsinə görə, elə məmurların belə münasibəti üzündən bu problem dərinləşir, ödənilməyən kreditlərin həcmi artır.

Məqalədə yazılır ki, bu məsələdə kredit götürənlərin günahı yoxdur: «Samir Şərifov da, bir çox banklar da nəzərə almalıdırlar ki, manatın iki dəfə devalvasiyaya uğramasına, neftin qiymətinin aşağı düşməsinə görə kredit götürənlər günahkar deyil. Odur ki, dövlət bunu nəzərə almalıdır. İndiki halda isə söhbət soyğunçu faizlərlə kreditlər verməsi azmış kimi, hələ bunu daha yüksək faizlərlə qaytarmaq istəyən banklardan gedir.

Müəllif deputat Əli Məsimlinin Milli Məclisdə banklara dollarla kredit verilməsini qadağan etmək təklifini xatırladır.

Deputat hazırda çoxsaylı kredit götürənlərin problemlərlə üzləşdiklərini nəzərə çatdırır. Deputat görə, hazırda bu, faktiki ödənilən məbləğin kreditin özündən dəfələrlə çox olması deməkdir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG