Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:35

Neft sazişinin müddət və şərtləri dəyişdi, dəyişməyən nə oldu


Azəri-Günəşli-Çıraq yataqlarının birgə işlənməsi üzrə yeni sazişin imzalanması mərasimi, Bakı, 14 sentyabr 2017
Azəri-Günəşli-Çıraq yataqlarının birgə işlənməsi üzrə yeni sazişin imzalanması mərasimi, Bakı, 14 sentyabr 2017

Azərbaycan hökuməti sentyabrın 14-də xarici neft şirkətləri ilə yeni neft sazişi imzalayıb - Azəri-Çıraq-Günəşli yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin müddəti uzadılıb və şərtlərinə düzəliş edilib.

Sazişin Milli Məclisdə təsdiqlənməsi gözlənir. Yeni sazişdə ən çox payı olan tərəflər bunlardı:

BP şirkəti 30,4%; SOCAR- 25,00%; Chevron- 9,6%; INPEX- 9,3%; Statoil- 7,2%; ExxonMobil- 6,7 %.

bp şirkətinin yaydığı press-relizdə deyilir ki, sazişin bir hissəsi kimi SOCAR -ın iştirak payı 11,65 faizdən 25 faizə qaldırılacaq.

Sənəddə deyilir ki, indiki neft müqaviləsində mənfəət nefti 75 faizdir. “Əsrin müqaviləsi” ndə bu, 80 faiz idi.

İqtisadçı alim Qubad İbadoğlu deyir ki, 80 faiz, neftin nəqli xərcinin bir barrelə görə 3 dollardan az olduğu hal üçün nəzərdə tutulmuşdu, bu isə faktiki baş verməyib, xərclər həmişə üç dollardan çox olub.

ReAl-ın icra katibi, iqtisadçı Natiq Cəfərli deyir ki, belə ictimai əhəmiyyətli, tarixi müqavilənin detallarının açıqlanmaması, ictimai müzakirəyə çıxarılmaması doğru hal deyil.

Onun sözlərin görə, yalnız əldə olan sənədlər əsasında demək olar ki, müqavilənin şərtləri Azərbaycan üçün sərfəlidir:

“Əsrin müqaviləsində şərt belə idi ki, qoyulmuş investisiyalar tam geri dönənə qədər 80 faiz xarici şirkətlərin idi, 20 faiz Azərbaycanın. 2008-ci ilin avqust ayında qiymətlərin çox yüksək olduğunu nəzərə alaraq, qoyulan investisiyalar gözləntilərdən daha çox çıxdı və pay bölgüsü – 80-nin 20 -ə kimi dəyişdi. İndi isə başlanğıcda mənfəət nefti 75-in 25-ə nisbəti kimidir, bu da Azərbaycanın xeyrinədir".

Natiq Cəfərli deyir ki, əvvəlki müqavilədə Azərbaycana pulsuz verilməli olan səmt qazı ilə bağlı müqavilədə nə nəzərdə tutulması, o cümlədən vergilərin faizi hələ ki, açıqlanmayıb, ictiamiyyət üçün qaranlıq məqamlar var.

Prezident İlham Əliyev imzalanma mərasimində deyib ki, sazişin Azərbaycan üçün böyük əhəmiyyəti var və ölkənin gələcək inkişafı üçün siyasi, iqtisadi və ya başqa maneə yoxdur.

Mərasimdə Böyük Britaniyanın baş naziri Tereza May -in məktubu oxunub.

Müxalifət liderləri və ictimai fəallar isə müqavilənin ictimaiyyət üçün faydalı olacağını sual altına alırlar.

Bp-nin press-relizində deyilir ki, beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna 3.6 milyard dollar bonus ödəyəcəklər. Bundan başqa, növbəti 32 il müddətində Azəri-Çıraq-Günəşliyə 40 milyarddan çox sərmayə qoyulması potensialı var.

Yeni müqavilənin imzalanması mərasimində iştirak edən rəsmilər- 14092017
Yeni müqavilənin imzalanması mərasimində iştirak edən rəsmilər- 14092017

SOCAR -ın prezidenti Rövnəq Abdullayev deyib ki, 1994-cü ildə ilk müqavilə imzalanandan bəri Azəri-Çıraq-Günəşliyə 33 miyard dollar qoyulub, 440 milyon ton neft hasil edilib, ölkəyə 125 milyard dollardan çox birbaşa mənfəət daxil olub.

Hökumətin neft gəlirlərini necə xərcləməsini beynəlxalq təşkilatlar da şübhə altına alır. Beynəlxalq Şəffaflıq Təşkilatının son korrupsiya qavrama indeksinə görə, Azərbayca 176 ölkə arasında 123-cü yerdədir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG