Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 01:33

Azərbaycanda bir gündə 158 yoluxma


RUSSIA -- Medical workers wearing special suits to protect against coronavirus perform surgery on a coronavirus patient at an intensive care unit of the Filatov City Clinical Hospital in Moscow, May 15, 2020
RUSSIA -- Medical workers wearing special suits to protect against coronavirus perform surgery on a coronavirus patient at an intensive care unit of the Filatov City Clinical Hospital in Moscow, May 15, 2020

Son gündə Azərbaycanda 158 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə mayın 16-da Nazirlər Kabineti yanında Operativ qərargah məlumat yayıb.

Məlumatda yazılıb ki, hazırkı dövrədək Azərbaycanda 3138 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib:

“ Onlardan 1944 nəfər müalicə olunaraq sağalıb, 36 nəfər vəfat edib, 1158 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 41 nəfərin vəziyyəti ağır, 52 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir”

Qərargahdan vurğulandığına görə, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar Azərbaycanda 226.005 test aparılıb.

Azərbaycanda ilk dəfə koronavirus infeksiyasına yoluxma halının aşkarlandığı fevralın 28-də açıqlanıb.Həmin vaxtdan bəri heç vaxt gün ərzində bu qədər yoluxma olduğu bildirilməyib.

Xatırlatma

2019-cu ilin sonlarında Çində yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 4 milyon 645 min 386 şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 308 min 980 şəxsin vəfat etdiyi açıqlanıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG