Keçid linkləri

2026, 25 İyun, cümə axşamı, Bakı vaxtı 05:40
arxiv fotosu
arxiv fotosu

AzadlıqLive - Dollarla kredit götürənlərə kömək vəd edilir

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

Rövşən Rzayev öz qanun layihəsini izah edir

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qanun layihəsi hazırlayıb. Sənəddə deyilir ki, ABŞ-la ticarət, energetika, hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığa son qoyulması üçün təkliflər hazırlanmalıdır.

Müəllifi dekabrın 29-da layihənin parlamentdə müzakirəyə çıxarılmasını istəyir.

Rövşən Rzayev AzadlıqRadiosuna müsahibəsində bu layihəni hazırlama səbəblərindən danışıb.

– Mən Dağlıq Qarabağ azərbaycanlı İcmasının İdarə Heyətinin üzvüyəm. Məsələ ondan ibarətdir ki, ermənilər bütün dünya ictimaiyyətinə çatdırıblar ki, Azərbaycanda insan haqları pozulur, buna görə də Dağlıq Qarabağ erməniləri heç bir halda Azərbaycanın tərkibində yaşaya bilməzlər. Bu, bizi narahat etməyə bilməzdi. Ona görə də bununla bağlı mövqeyimi ortaya qoymuşam ki, bu Christopher Smith erməni lobbisinin təkidi hesabına belə qanun layihəsini irəli sürüb. Və bunu Konqresdən keçirsə, onda belə çıxır ki, həqiqətən Azərbaycanda insan haqları pozulur. Belə olan halda da ermənilər Azərbaycan çərçivəsində yaşaya bilməzlər. Mən də bundan çox narahatam. Bildirmək istəyirəm ki, cənab Smith həqiqətən də Azərbaycanda insan haqları sahəsində problem görürsə, nə səbəbə bir milyon insanın qaçqın və köçkün halda yaşamasına reaksiya verməyib? Mən istəyirəm bu məsələyə ədalətli yanaşma olsun. Çox xoşagəlməz hal olar ki, Amerika kimi dövlətin Konqresindən belə qanun layihəsi keçsin.

Bu günki AzadlıqLive-da:

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qanun layihəsini hazırlamağının səbəbini izah edir

Gözlə

No media source currently available

0:00 0:03:35 0:00
Direct-ə keçid

İlin sonuna əfv gözlənilir. Həbsdə olan siyasi, ictimai fəalların yaxınları onların adının əfvə düşəcəyinə ümid etmir

Gözlə
Embed

No media source currently available

0:00 0:00:57 0:00
Direct-ə keçid

Bakı küçələrində sorğu: Mərkəzi Bank sədri Elman Rüstəmova nə deyərdiiz?

Bankomatlara dollar doldurulmur?

Son devalvasiyadan sonra bankomatlardan dollar nağdlaşdırmaq çətinləşib. AzadlıqRadiosu ilə əlaqə saxlayan Bakı sakinləri bankomatlardan dollar nağdlaşdıra bilmədiklərini deyirlər. Özəl səbəblərdən adının açıqlanmasını istəməyən sakin deyir ki, bu sabah – dekabrın 25-də «Bank Standard»a məxsus bankomatlardan dollar çıxara bilməyib. Bunun səbəbini öyrənmək üçün banka müraciət edən vətəndaşa belə deyiblər: «Hazırda bankomatlara dollar doldurulmur. Müəyyən məhdudiyyətlər var».

Bankdan onu da bildiriblər ki, şəxsiyyət vəsiqəsini götürüb pulunu filiallardan əldə edə bilər.

Bank məsələləri eksperti Əkrəm Həsənov deyir ki, banklar devalvasiyanın 3-cü dalğasından və müştərilərin ödəniş qabiliyyətsizliyindən qorxur: «Qeyri-müəyyənlik çoxdur. Əsas səbəb də elə odur».

Süni mayalanmaya donorluq yasaqlana bilər

Milli Məclisin Səhiyyə Komitəsi sədrinin müavini Musa Quliyev Trend-ə bildirib ki, «Reproduktiv sağlamlığın qorunması haqqında» qanun layihəsi parlamentin yaz sessiyasında müzakirə üçün yenidən hazırlanacaq. Layihənin yeni variantında mübahisə doğuran bütün məsələlərin çözüləcəyi gözlənilir.

Onun sözlərinə görə, ekstrokorporal mayalanma gerçəkləşdirilərkən yalnız ata və ananın hüceyrələrindən istifadə məsələsi layihəyə daxil ediləcək: «Ata və ananın hüceyrəsi ekstrokorporal mayalanmada fəaliyyət qabiliyyətində deyilsə, onda donor üçün başqa insanın yumurta hüceyrəsi, yaxud kişi cinsi hüceyrəsi götürülür. Ancaq mayalanma ana və atanın öz hüceyrələrindən baş verirsə, bu, artıq donorluq sayılmır. Qafqaz Müsəlmanları İdarəsi də donorluq məsələsinə razılıq vermirdi. Buna görə də biz donorluğu layihədən çıxara və Azərbaycanda donorluğa qadağa qoyulması məsələsinə baxa bilərik».

Davamı

XS
SM
MD
LG