Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 20:46

Bankomatlarda dollar qıtlığı gözə çarpır


Bankomat
Bankomat

-

Son devalvasiyadan sonra bankomatlardan dollar nağdlaşdırmaq çətinləşib. AzadlıqRadiosu ilə əlaqə saxlayan Bakı sakinləri bankomatlardan dollar nağdlaşdıra bilmədiklərini deyirlər. Özəl səbəblərdən adının açıqlanmasını istəməyən sakin deyir ki, bu sabah – dekabrın 25-də «Bank Standard»a məxsus bankomatlardan dollar çıxara bilməyib. Bunun səbəbini öyrənmək üçün banka müraciət edən vətəndaşa belə deyiblər: «Hazırda bankomatlara dollar doldurulmur. Müəyyən məhdudiyyətlər var».

Bankdan onu da bildiriblər ki, şəxsiyyət vəsiqəsini götürüb pulunu filiallardan əldə edə bilər.

«BANKLAR QORXUR...»

Bank məsələləri eksperti Əkrəm Həsənov deyir ki, banklar devalvasiyanın 3-cü dalğasından və müştərilərin ödəniş qabiliyyətsizliyindən qorxur: «Qeyri-müəyyənlik çoxdur. Əsas səbəb də elə odur».

Ekspert belə davranmaqla bankların qanunvericiliyi pozmadığını söyləyir: «Onların yalnız manatla əməliyyat aparmaq vəzifəsi var. Hər hansı xarici valyutadan istifadə edib-etməmək öz işləridir».

«...ONA GÖRƏ DƏ VALYUTA ƏMƏLİYYATLARINI MƏHDUDLAŞDIRIBLAR»

İqtisadçı ekspert Samir Əliyevin fikrincə, valyuta riskini düzgün yönəltmədiklərindən əksər bankların valyuta mövqeyi pozulub: «Devalvasiyadan sonra zərərə düşüblər. Ona görə də, valyuta əməliyyatlarını məhdudlaşdırıblar».

Ekspert özəlliklə manatın üzən məzənnəyə keçməsindən bəri onun sabitliyinə inamın azaldığını bildirir: «Gözlənti - dəyərsizləşmənin davam etməsidir. Güclü dollar alışı var. Bu səbəbdən banklar ehtiyatlı davranır».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG