Keçid linkləri

2026, 25 İyun, cümə axşamı, Bakı vaxtı 05:38
arxiv fotosu
arxiv fotosu

AzadlıqLive - Dollarla kredit götürənlərə kömək vəd edilir

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

Türkiyə serialları Latın Amerikasını işğal edib

Türkiyənin «Minbir gece» serialında Sehrazat və Onur-un əzablı sevgisi Çili televiziyasını zəbt edib, telenovella məskəni kimi tanınan Latın Amerikasında praym-taymı da dəyişib». Bunu «France Presse»agentliyi yazır.

Bu serial illərdir Çilidə görünməyən televiziya auditoriyası toplaya bilib, kanalın gəlirlərini artırıb. Bu fenomen Latın Amerikasında digər televiziyaları türk seriallarının idxalına həvəsləndirib.

Agentlik yazır ki, «Min bir gecə»ni alanda «Mega» televiziyası miskin durumda idi. Serialın gətirdiyi gəliri görən telekanal «Fatmagül'ün suçu ne?» və «Ezel»i də alır.

Sehrazat və Onur artıq Kolumbiya izləyicisinin də ürəyini fəth edib, Uruqvay, Braziliya, Ekvador və Peruda da göstəriləcək. Serial Argentina və Boliviyaya da satılıb.

Neftlə zəngin Nigeriya da devalvasiyanı düşünür

Neftlə zəngin Nigeriyanın prezidenti Muhammadu Buhari işarə edib ki, ölkənin milli valyutası – naira gələn il devalvasiya edilə bilər.

Prezident bildirib ki, hazırda Nigeriyanın Mərkəzi Bankı xarici valyuta mübadiləsinin tənzimlənməsi və ölkəyə əlavə valyuta axınının cəlb edilməsi mexanizmləri üzərində işləyir.

Buhari bu bəyanatı paytaxt Abucada 2016-cı il üçün büdcəni qəbul edən millət vəkilləri qarşısında etdiyi çıxışda səsləndirib.

Röya: "Bir ailədə 5 nəfər varsa, 5-i də işləməlidir"

Müğənni Röya Ayxan Qafqazinfo-ya verdiyi müsahibəsində manatın dollara nisbətdə dəyərdən düşməsinin ona da təsir etdiyini deyib: «Bu il vəziyyət çətinləşib. Bunu deməyə haqqım var, çünki seçilən insanlardan biriyəm. Heç kim fikirləşməsin ki, təkdir. Hamının əziyyəti var. Sadəcə, bu, böyük sınaqdır. Bu sınağın nə olduğunu sizə başa salım. Bir ailədə 5 nəfər varsa, onların hamısı işləməlidir. Bir ailədə bir adam yox, bundan sonra bütün dünyadakı kimi 5 adamın 5-i də işləməlidir. Bizdə necədir?"

“Çarpayı çatışmazlığından yerdə yatan məhbus var”

“Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansı dekabrın 25-də “Həbs yerlərində mövcud vəziyyət, siyasi məhbus problemi və qarşıda duran vəzifələrə dair” hesabat açıqlayıb. Hesabatla bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidməti hələlik münasibətini açıqlamayıb.

Hesabatın müəlliflərindən biri Oqtay Gülalıyev AzadlıqRadiosuna müsahibəsində həbsxanalardakı vəziyyətlə bağlı apardıqları monitorinqin nəticələrindən danışır:

– Əvvəlcə onu deyim ki, hesabat üç istiqamətdə aparılıb: həbsxanalardakı şərait, məhkumların hüquqları və siyasi məhbus məsələləri ilə bağlı əldə edilən məlumatlar təhlil edilib. Həbs yerlərində ətraflı monitorinq aparmaq istəsək də, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəhbərliyi buna imkan yaratmadı.

– Bəs alternativ məlumatı hardan aldınız?

– Biz keçmiş siyasi məhbuslar, onların vəkilləri, indiki məhkumların ailə üzvləri və konfidensial mənbələrlə əlaqə saxlamışıq, onların fikirlərini dinləmişik, aldığımız məlumatları, faktları da təhlil etmişik.

Davamı

XS
SM
MD
LG