Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:06
Anar Həsənov
Anar Həsənov

AzadlıqLive-"Məlumatın prezidentə çatması blok olunur"

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

-


13:35 18.12.2015

32 min adama Azərbaycan vətəndaşlığı verilib

«Miqrasiya sahəsində görülən tədbirlər nəticəsində 1033 nəfər vətəndaşlığı olmayan şəxs Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə vətəndaşlığa qəbul edilib. Bununla belə, ötən dövr ərzində 32 mindən çox şəxsin Azərbaycan vətəndaşlığına mənsubiyyəti tanınıb».

«Report»un xəbərinə görə, bunu Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev deyib.

13:17 18.12.2015

İranda yenə Khomeini... Bu dəfə Hassan Khomeini

Reuters xəbər verir ki, ayətullah Hassan Khomeini-nin fevral ayında qüdrətli hakimiyyət strukturu Üləmalar Məclisinə üzv seçiləcəyi gözlənilir.

Onun ölkənin ali rəhbərini seçmək səlahiyyəti olan bu quruma üzvlüyünə, bəzi xəbərlərə görə ali rəhbər ayətullah Ali Khamenei-nin özü xeyir-dua verib.

O, ümumiyyətlə, Khomeini ailəsindən seçki prosesinə qoşulan ilk nümayəndə olacaq.

Bəzi şərhçilər deyirlər ki, Hassan Khomeini-nin Üləmalar Məclisinə seçilməsindən məqsəd, onun son nəticə etibarilə ölkənin ali rəhbəri postuna oturdulmasıdır.

12:49 18.12.2015

Qafqaz Universitetinin tələbələri elektrik və günəş enerjisi ilə işləyən maşın hazırlayıblar

EQUE adlı layihə universitetin maliyyə dəstəyi ilə təhsil ocağının Mexanika Mühəndisliyi laboratoriyasında həyata keçirilib.

Dekabrın 17-də universitetdə maşınların təqdimat mərasimi keçirilib.

12:45 18.12.2015

«MTN-nin təcridxanasının aqibəti necə olacaq?»

Suala «Azadlıq» qəzeti cavab axtarıb.

Qəzet yazır ki, Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasından təyinatından kənar məqsədlər, daha çox işgəncə üçün istifadə olunduğu barədə məlumatlar gəlirdi.

Artıq dövlət başçısının 14 dekabrda imzaladığı fərmanla MTN ləğv edilib və onun bazasında iki struktur yaradılıb. Lakin MTN-in təcridxanasının bu qurumlardan hansının tabeliyinə verilməsi hələlik məlum deyil.

Hüquqşünas Əyyub Kərimov hesab edir ki, sözügedən təcridxana Mədət Quliyevin rəhbərlik etdiyi Dövlət Təhlükəsizliyi Xidmətinin tabeliyinə verilməlidir: "Xarici Kəşfiyyat Xidmətinin təcridxanasının olmasını mən hələ ki, eşitməmişəm."

Davamı

XS
SM
MD
LG