Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:43

Azərbaycanlı tələbələr elektromobil hazırladılar


Elektrik avtomobil
Elektrik avtomobil

-

Qafqaz Universitetinin tələbələri elektrik və günəş enerjisi ilə işləyən maşın hazırlayıblar.

EQUE adlı layihə universitetin maliyyə dəstəyi ilə təhsil ocağının Mexanika Mühəndisliyi laboratoriyasında həyata keçirilib.

Dekabrın 17-də universitetdə maşınların təqdimat mərasimi keçirilib.

Elektromobillər Samir Nağıyevin köməyi ilə 24 tələbənin birgə zəhməti nəticəsində ərsəyə gəlib.

Məqsədisə sadə və müasir texnoloji imkanlardan yararlanmaqla cəmiyyətə ekoloji təmiz nəqliyyat vasitəsi təqdim etməkdir.

Layihədə əməyi keçənlər sertifikata layiq görülüb.

Elektromobillər bənzərsiz dizaynları ilə seçilirlər.

XS
SM
MD
LG