Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:44
Anar Həsənov
Anar Həsənov

AzadlıqLive-"Məlumatın prezidentə çatması blok olunur"

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

-


12:37 14.12.2015

RAUF MİRQƏDİROVUN MƏHKƏMƏSİ YEKUNLAŞIR

Dekabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun məhkəməsi davam edəcək. Qapalı keçirilən proses sona çatmaq üzrədir.

Vəkil Fuad Ağayev söyləyir ki, dekabrın 14-də məhkəmənin yekunlaşacağı gözənilir. O, Rauf Mirqədirovun azad olunacağı ilə bağlı isə vəkili nəsə deməyə tələsmir.

Ətraflı BURADA OXUYUN

12:53 14.12.2015

Mahmudov Əliyevin komandasını özünə necə tabe etdirib?

«Azadlıq» qəzeti yazır ki, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və dəstəsi yüksəkvəzifəli məmurlara verilən dövlət telefonları ilə yanaşı, mobil telefonlarını da dinləyirmiş. Bundan başqa bəzi məmurların kabinetlərinə dinləmə qurğuları qoyulubmuş:

«Dinləmələr nəticəsində hansısa məmurun qanunsuz əməli üzə çıxanda, MTN-in keçmiş rəhbərliyi dərhal bundan həmin vəzifəli şəxsə qarşı kompromat kimi istifadə edib. Beləliklə də həmin məmur MTN-in toruna düşüb. Təkcə məmurlar deyil, deputatlardan MTN-dəki dəstənin tələsinə düşənlər var. Eldar Mahmudov və dəstəsi həmin məmur və deputatlardan öz maraqları üçün istifadə edib. İndihakimiyyətdə əsas narahatlıq bu kompromatların ictimailəşə biləcəyindəndir. Eldar Mahmudovun yaxın adamı kimi tanınan Akif Mustafayevin («Akula Akif») ölkəni tərk edərkən bu kompromatların böyük qismini özü ilə apardığı ehtimal olunur». Mətbuat icmalı

13:18 14.12.2015

Cahangir Hacıyevin vəkilinin sözlərinə görə, Maliyyə Nazirliyi deyib, veriblər

Beynəlxalq Bankın keçmiş sədri, hazırda DIN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Cahangir Hacıyevin vəkili Aqil Layıcov azadliq.info-ya deyib ki, bankirə ittihamlar mənimsəmə ilə bağlıdır, bu da kredit borcudur: “Verilən kreditlər layihələr üzrə xərclənib. Əlbəttə ki, Hacıyev ona verilən ittihamları qəbul etmir. Kredit verilibsə, qaytarılmayıbsa, onluq məsələ deyil."

Vəkil “kredit qalmaqalı”na görə Maliyyə Nazirliyini ittiham edib: “Əksər kreditlər Müşahidə Şurasının tapşırığı ilə verilib. Müşahidə Şurasında təmsil olunan məhz Maliyyə Nazirliyidir. Kredit veriləndə Maliyyə Nazirliyi hara baxırdı və indiyədək niyə adekvat addım atmırdı? Cahangir Hacıyev, sadəcə, icra orqanına baxıb, ali orqan Müşahidə Şurası olub. Bu qurumda isə əsas söz sahibi Maliyyə Nazirliyidir”.

14:11 14.12.2015

"Dedilər, verilişə gəlmə"

Mətbuatın yazdığına görə, Məmməd Əmin Rəsulzadə haqqında mahnı yazdırdığı üçün telekanallar müğənni Qismət Məmmədzadəyə qadağa qoyub. Hətta yayılan məlumatlar arasında müğənninin təzyiqlər nəticəsində ölkəni tərk etdiyi də deyilir. Meydan TV Qismət Məmmədzadəni Almaniyada tapdı və suallara cavab aldı.

- Əslində telekanallar bu qadağanı mənə həmin mahnıya görə qoymayıblar. Bu qadağa bu ilin aprelindən başlayıb. Mən bunu Facebook səhifəmdə də yazdım. Uzun müddət heç nə yazmaq istəmədim. Çünki düşünürəm ki, bu mənim problemimdirsə, heç kimi ilgiləndirməməlidir. Efir qadağası mənim şəxsi problemimdir. Ancaq adamlar hər dəfə yazır ki, niyə efirə çıxmırsan və sən də məcbur olursan buna ümumi bir cavab verəsən. Mən də bundan sonra Facebook-da bu barədə status yazdım. Qadağanın səbəbi isə mənim artıq ötən ildən başlayaraq Facebook-da ölkədə baş verən siyasi-ictimai proseslərlə bağlı müxalifyönlü, tənqidi yazılarım, yanlışlıqları göstərməyim olub. ...Nə oldusa, bu statusdan sonra oldu. Telekanallar bir-bir zəng edib «verilişə gəlmə» dedilər. Hətta «Lider» telekanalında məni binadan bayıra çıxardılar, «belə tapşırıq verilib»- dedilər.

Davamı

XS
SM
MD
LG