Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 07:22

Mahmudov Əliyevin komandasını özünə necə tabe etdirib?


Eldar Mahmudov
Eldar Mahmudov

-

«Azadlıq» qəzeti yazır ki, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və dəstəsi yüksəkvəzifəli məmurlara verilən dövlət telefonları ilə yanaşı, mobil telefonlarını da dinləyirmiş. Bundan başqa bəzi məmurların kabinetlərinə dinləmə qurğuları qoyulubmuş:

«Dinləmələr nəticəsində hansısa məmurun qanunsuz əməli üzə çıxanda, MTN-in keçmiş rəhbərliyi dərhal bundan həmin vəzifəli şəxsə qarşı kompromat kimi istifadə edib. Beləliklə də həmin məmur MTN-in toruna düşüb. Təkcə məmurlar deyil, deputatlardan MTN-dəki dəstənin tələsinə düşənlər var. Eldar Mahmudov və dəstəsi həmin məmur və deputatlardan öz maraqları üçün istifadə edib. İndihakimiyyətdə əsas narahatlıq bu kompromatların ictimailəşə biləcəyindəndir. Eldar Mahmudovun yaxın adamı kimi tanınan Akif Mustafayevin («Akula Akif») ölkəni tərk edərkən bu kompromatların böyük qismini özü ilə apardığı ehtimal olunur».

Nardaran məscidi
Nardaran məscidi

NARDARAN İŞIQLI GÜNƏ ÇIXIR

«Azərbaycan» qəzeti yazır ki, Nardaranda din pərdəsi altında gizlənmiş ekstremistlər dövlətin gücü qarşısında çirkin əməllərini həyata keçirə bilmədilər:

«Həmin terrorçu dəstə Nardaran əhalisini yoldan çıxarmaq, antikonstitusion əməllərini reallaşdırmaq üçün sosial məsələlərdən də yararlanmağa cəhd göstərirdi. Dərhal həyata keçirilən əməliyyatdan sonra Nardaran onu girovluqda saxlayan terror qruplaşmasından təmizləndi. Qəsəbənin nəqliyyat sistemi yenidən təşkil edilib, dövlətin humanizm siyasəti nəticəsində hətta böyük miqdarda borclarına baxmayaraq, 1000-ə yaxın ailəyə elektrik enerjisinin verilməsi bərpa olunub. Prezident İlham Əliyevin sərəncamına əsasən, Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial-mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli məqsədilə 12 milyon manat məbləğində vəsait ayrılıb. Bu vəsait ilkin məbləğdir. Qəsəbənin mövcud problemlərinin həlli, abadlıq-quruculuq işlərinin ardıcıl davam etdirilməsi, burada mədəni həyatın inkişafı, vətəndaşların sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində bundan sonra da müvafiq addımlar atılacaq».

Həkim
Həkim

QİYMƏTİ ÖYRƏNƏN XƏSTƏ SAĞALMAQ YOX, ÖLMƏK İSTƏYİR

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev modern.az saytına müsahibəsində deyib ki, bahalı əməliyyatların aparılması üçün bahalı avadanlıq və yaxşı mütəxəssis lazımdır: «Ən kardinal yol icbari tibbi sığortanın tətbiqi, eyni zamanda dövlət səhiyyə sektorunun özəl sektor qədər maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsidir».

Həkim-deputat dövlət xəstəxanalarında xəstələrin yaxınlarından pul alınması ilə bağlı deyib ki, bu, korrupsiyadır: «Birbaşa korrupsiya halıdır, vətəndaş birbaşa Səhiyyə Nazirliyinə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə, yaxud Baş Prokurorluğun müvafiq orqanına müraciət edə bilər. Vətəndaşlar fəal olmasa, təbii ki, korrupsiyanın da qarşısını almaq mümkün olmayacaq».

TİCARİ ƏYLƏNCƏLİ SƏFALƏT

«Exo» qəzeti ekspertlərə istinadən yazır ki, Azərbaycan sakinləri istirahət günlərində paytaxtın ticarət-əyləncə mərkəzlərində təxminən 250 milyon manat xərcləyir:

«Bu, kifayət qədər böyük məbləğdir. İri şəhərlərin sakinləri - Bakı da bu mənada istisna deyil - ticarət-əyləncə mərkəzlərinə həvəslə gedir. Başqa neyləmək olar ki? Axı alternativ əyləncə, sadəcə, yoxdur. Gənclər, valideynlər, azyaşlılar- hamıticarət-əyləncə mərkəzlərinə gedir. Bu zaman hər bir ailə burda ən azı 20 manat xərcləyir. Bəzi ticarət-mərkəzlərinin uşaqlar üçün olan oyun zonası 20 manatdan başlayır».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG